«Nurlu an» — əlilliyi olan uşaqlar və yaşlılar üçün tifloşarhlə sosial multfilm hazırlanıb

«Nurlu an» — əlilliyi olan uşaqlar,  yaşlılar və digər uşaqlara maraqlı və faydalı olacaq tifloşarhlə sosial multfilm hazırlanıb. “Nurlu an” multiplikasiya filminin senari müəllifi və layihənin ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Elçin Sərdarov, multiplikatoru və animatoru – Sultan Abbasbəyli, tifloşərhin müəllifi – Zərifə Agahüseyn qızı, səsnəldirənlər – Əliəsgər Talıbov, Turan Dadaşev, mətnin oxucusu – Samirə Sultan.

«Nurlu an» sosial multfilmin senari müəllifi Elçin Sərdarovun GreenPen.az-a verdiyi məlumata görə multfilmdə əlilliyi olan insanların cəmiyyətdə bərabər hüquqlara malik olduğundan, onlara vətəndaşlar tərəfindən qayğısından və əlilliyi olanlarla bağlı beynəlxalq konvensiyalar, brayl əlifbası, taktil lenti haqqında məlumat verilir. «Ümid edirik ki, bu cür sosial çarxlar məktəbliləri inklüziv təhsil alan həmyaşlılarına daha diqqətli olmaları və cəmiyyətimizin inkişafı üçün əlilliyi olan insanların hüquqlarının təmin olunmasında, cəmiyyətimizdə  humanizm və mərhəmətlik dəyərlərinin aşılanmasına töhfə verəcək» — o dedi. Sosial multiplikasiya çarxın müəllifi bu ideyanın həyata keçirilməsində göstərdiyi dəstəyə görə  «Vətəndaşların Sosial Rifahı Naminə» İctimai Birliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkürünü bildirdi.

GreenPen.az