Qusar rayonunun Həsənqala və Bədirqala məktəblərində peşə yönümü ilə bağlı valideynlərlə görüş keçirildi

Rühanə Əlimərdanova, Nərqiz Muradxanova

Oktyabr ayının 21-də Qusar rayonun  Həsənqala kənd orta məktəbində Təhsil Nazirliyinin həyata keçirdiyi » Təhsildə inkişaf və innovasiyalar» üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan «Qusar rayonu Balaqusar bələdiyyəsi» ərazisində yerləşən 4 orta təhsil məktəbində peşəyönümlü işinin inkişaf etdirilməsinə dair pilot layihəsilə tanışlıq məqsədi ilə Həsənqala və Bədirqala məktəblərində valideynlərlə görüş keçirildi.

Görüşün ilk mərhələsi Qusar rayonunun Həsənqala kənd tam orta məktəbində baş tutdu. Görüşdə iştirakçıları salamlayan Qusar rayonunun Həsənqala tam orta məktəbinin direktoru Şöhran Həcəliyev layihə haqqında ilkin məlumatı valideynlərlə bölüşdü, peşəyönümlü işin faydalarından danışdı. Sonra layihənin məsləhətçiləri və təlimçiləri Elçin Sərdarov və Azər Ramazanova  layihənim məqsədi və önəmliyi haqqında məlumat verdilər.

lçin Sərdarov “Yaşlılar üçün təhsil”, “Yaşıl qələm” müəllimlərin və jurnalistlərin şəbəkəsi və “Təlim və İnkişaf” Mərkəzi tərəfindən hazırlanmış “Vətəndaş cəmiyyətinin peşə təhsilinin inkişafında və peşə təhsilinin imicinin yaxşılaşdırılmasında rolunun gücləndirilməsi” ilə bağlı Konsepsiya haqqında söhbət edərək valideynlərin bu prosesdə rolundan danışdı, onları layihədə fəallığa, övladlarının istedad və bacarıqlarını tanımağa, onları peşə təhsilinə istiqamətləndirməyə çağırdı. O bildirdi ki: » Şagirdlərin gələcəkdəki peşə və ixtisas seçimində ən böyük dəstəkçi valideyn, vasitəçi isə müəllimdir.»  Layihənin məsləhətçisi, həmçinin, şagirdlərin gələcək peşə seçimində onların tərbiyə aldığı ailənin, yaşadığı mühitin böyük təsiri olduğunu, uşaqların istedad və bacarıqlarının üzə çıxarılmasında müəllim — valideyn əməkdaşlığının vacibliyini vurğuladı.

Təlimçi Azər Ramazanov da öz növbəsində tədbirdə iştirak edənləri salamlayaraq görüşdən məmnunluğunu bildirdi. » Peşəyönümlü işinin inkişaf etdirilməsinə dair  pilot layihəsinnin əsas məqsədi prosesin düzgün təşkilidir. Uşaq azad iradəsi ilə heç bir  müdaxilə, məcburiyyət hiss etmədən gələcəkdə istədiyi peşəni seçməlidir. Dövlət programının əsas mahiyyəti sizləri maarifləndirib bu yöndə sizi dəstəkləməkdi » – o dedi.

 Tədbir zamanı valideynlərdən Həcəliyeva Gülçöhrə, Zəkiyev Babacan onlara maraqlı olan suallar və təkliflərlə çıxış etdilər.

Tədbirin ikinci Qusar rayonunun Bədirqala kənd ümumi orta məktəbində davam etdi. Məktəbin direktoru Məmmədova Leyli iştirakçıları salamlayaraq tədbiri məktəbdə keçirildiyinə görə təşkilatçılara öz təşəkkürünü bildirdi.

Görüşdə çıxış edən Elçin Sərdarov layihənin məqsədi haqqında Bədirqala kəndinin sakinlərini məlumatlandırdı. Valideynləri sagirdlərin öz bacarıqlarını aşkarlamaga və onları düzgün istiqamətdə yönəltməyə diqqət göstərmələrini tövsiyyə etdi. O qeyd etdi ki :» Valideynlər uşaqlarını təkcə biliklərə görə yox,istedad, bacarıq və  maraqlarına görə də onların parlaq gələcəyi naminə yoluna işıq olmalıdırlar. Uşaqları istedadına görə düzgün istiqamətləndirməlidirlər. Unutmayaq ki, həvəssiz mənimsənilən peşə gələcəkdə uşağın həmin sahədə zəif fəaliyyət göstərməsi deməkdir.»

Layihənin rəhbəri  Şöhran Həcəliyev təlim iştiramçıları salamlayaraq əsas məsələlərdən biri kimi, zəif oxuyan uşaqların təhsildən kənarda qalmaması olduğunu qeyd etdi. “Çalışaq ki, onlar da gələcəkdə müəyyən bir sahələrdə fəaliyyət göstərsinlər. Valideyn zəif oxuyan uşaqlarını təhsildən yayındırmamalı, onların digər istedad və bacarıqlarına uyğun peşə təhsilinə yiyələnməsini təmin etməli, doğru seçim etməsinə mənfi təsir edəcək psixoloji təzyiq göstərməməlidir” –  o dedi.

Görüşdə çıxış edən Azər Ramazanov elektron vəsait    vasitəsilə peşəyönümlü layihənin məqsədini valideynlərə  catdırdı. Təlimçi qeyd etdi ki:» Şagirdin ixtisas seçimi    ailə irsinə görə deyil, şagirdin yaşadığı ərazinin təlabatina uyğun olmalıdır. Doğru peşə seçimi şagirdin yiyələndiyi sənətdə fəaliyyətindəki uğur, rəqabətli inkişaf, sağlam dostlar və işgüzar kollektiv olması deməkdir.»

Sonda valideynlər adından çıxış edən Bədirqala sakini Nəcəfli Həzərəliyev layihə yaradıcılarına oz təşəkkürünü bildirdi və bu layihənin uğurlu olacağını və təkçə 4 kəndində deyil ümumilikdə Qusar rayonu üzre peşə təliminin vacib olduğunu bildirdi. O, Qusar rayonunda da müasir tələblərə cavab verən peşə məktəblərinin yaradilmasının bu məqsədə catmaqda daha uğurlu addım olacağını vurğuladı.

Layihə uzrə növbəti tədbir valideyn və müəllimlər üçün nəzərdə  tutulub və onların keçirilməsi Balaqusar kənd tam orta məktəbində və Həsənqala tam orta məktəbində keçirilməsi planlaşdırılıb.

Responses are currently closed, but you can trackback from your own site.

Comments are closed.