Ankarada “Nəzəri və tətbiqi kompüter elmləri və mühəndislik” mövzusunda beynəlxalq konfrans keçiriləcək

10-11 noyabr 2017-ci il tarixlərdə Türkiyənin Ankara şəhərində “Nəzəri və tətbiqi kompüter elmləri və mühəndislik” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbirdə kompüter elmləri və mühəndislik sahəsində ən son yeniliklər, elmi tədqiqatlar müzakirə olunacaq. Bu haqda science.edu.az xəbər verir.

Data Mining, elektron kommersiya, elektron səhiyyə, modelləşdirmə, sistem və idarəetmə, kompüter şəbəkəsi və arxitektura, proqram mühəndisliyi və s. beynəlxalq konfransın əsas istiqamətlərindəndir.

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev konfransın elmi komitəsinin üzvüdür.

Tədbir haqqında daha ətraflı məlumatı www.ictacse.com saytından əldə etmək mümkündür.

GreenPen.az

Responses are currently closed, but you can trackback from your own site.

Comments are closed.