Təhsil Nazirliyinin «Oxumağı vərdişə çevirək» adlı təşviqat layihəsinə Siz də qoşulun!

Dünya çox sürətlə dəyişsə də, mütaliə inkişaf üçün ən klassik və səmərəli vərdiş olmaqda davam edir. Təsadüfi deyildir ki, ümumi rifaha görə, ilk sıralarda olan ölkələr məhz vətəndaşları ən çox kitab oxuyanlardır. Gəlin, bizim cəmiyyətdə də mütaliə mədəniyyətinin mövcudluğunu xatırlatmaq üçün hal-hazırda oxuduğumuz kitab və ya e-kitabın fotosunu paylaşaq. Oxumağı vərdişə çevirək! 

Təhsil Nazirliyində GreenPen.az-a verildiyi məlumata görə  Nazirliyin təşviqat layihəsindən biri olan bu layihə şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlıdır. Bu istiqamət çərçivəsində istifadə edəcəyimiz alətlərdən biri #hərgünoxu haşteq kampaniyasıdır. Bu layihəyə və təşəbbüsə maraq göstərənlər hal-hazırda oxuduqları kitabın keyfiyyətli fotosunu çəkərək #hərgünoxu haşteqi ilə sosial şəbəkələrdə paylaşa bilərlər.

GreenPen.az

 

Responses are currently closed, but you can trackback from your own site.

Comments are closed.