Müəllimlərin peşə səriştəsi qeyri-formal təhsil formasında artırılır

Müəllimlərin peşə səriştəsini qeyri-formal təhsil formasında artırılması məqsədi ilə Bakıda  ümumi təhsil müəssisələrinin müəllimləri 3-cü “Yay məktəbi” təşkil olunub.

Bu haqda GreenPen.az-a Təhsil Nazirliyində məlumat veriblər. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən reallaşdırılan proqram 5 gün davam edib. Proqram çərçivəsində müəllimlər müasir təhsilin fəlsəfəsi, hiperaktiv şagirdlərlə işin təşkili metodikası, didaktik oyunlardan istifadə, qeyri-ənənəvi rəsmçəkmə texnikaları, sinfin idarəedilməsi, yazılı nitqin inkişafı, qiymətləndirmə vasitələrinin hazırlanması, sinif komandasının formalaşdırılması və digər mövzularda  nəzəri, praktik biliklər qazanıblar. «Yay məktəbi”nin sonunda bütün iştirakçılara müvafiq sertifikatlar verilib.

Qeyd edək ki, ümumilikdə, “Yay məktəbi”ndə ibtidai sinif, Azərbaycan dili, fizika, riyaziyyat müəllimləri iştirak edib.

GreenPen.az