Şagirdlərin və valideynlərin nəzərinə! Dərsliklər artıq məktəbdədir!

2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb.

Bu haqda GreenPen.az-a Təhsil Nazirliyində məlumat veriblər. Tədris ili başlamazdan əvvəl dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur. Şagirdlərdən və onların valideynlərindən müvafiq dövlət ümumtəhsil məktəbinə sentyabrın 8-nə qədər müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir.
GreenPen.az bu il müəllim və şagird adı qazananları, həmçinin, uşaqların valideynlərini təbrik edir, onlara uğurlar arzu edir!
GreenPen.az