Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin (MKÇ) həyata keçirilməsində vətəndaş cəmiyyətinin dəstəyi məsələri Maarifçi QHT-lərin və təhsil ekspertlərin görüşündə müzakirə edildi

İyunun 30-da Maarifçi QHT-lərin və təhsil ekspertlərin iştirakı ilə Azərbaycanda Kvalifikasiya Çərçivəsinin (MKÇ) məzmunu, məqsədi və vəzifələri, həmçinin, sənədin icrası üçün  dövlət və institusional səviyyədə həyata keçirilən tədbirlər və vətəndaş cəmiyyətinin bu prosesdə rolu kimi məsələləri Təhsil Nazirliyində keçirilmiş görüşdə müzakirə edildi.

Görüş Nazirliyin “Açıq Hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərancamına uyğun olaraq keçirilib.

Tədbirdə  Təhsil Nazirliyinin əməkdaşı Elçin Sərdarov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor əvəzi Vəfa Yaqublu, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktorunun müavini Nəzakət Mehdiyeva, Təhsil İnstitutunun Peşə ixtisas təhsili şöbəsinin müdiri Rəsul Əsgərov, “Yaşlıların Təhsili” Assosiasiyasının sədri Azər Ramazanov,  “Ümid” Sosial İnkişafa dəstək İctimai Birliyinin nümayəndəsi Rasim Quliyev və təhsil eksperti Elmina Kazımzadə iştirak etdilər.

Görüşdə Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin (MKÇ) həyata keçirilməsində dövlət qurumlarında çalışan ekspertlər arasında əlaqələndirmə və vətəndaş cəmiyyətinin dəstəyi, peşə standartları, “Ömürboyu təhsil üzrə Avropa Çərçivəsinin tələblərinə uyğunlaşdırılması: təhsil işçilərinin peşəkar inkişafı və digər məsələlər müzakirə edildi.

GreenPen.az