Qazaxıstan Respublikasının Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin 2017-2018-ci tədris ili üçün Qrant Proqramı

Qazaxıstan Respublikasının Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universiteti 2017-2018-ci tədris ili üçün Qrant Proqramı elan edir.

Bu haqda GreenPen.az-a Təhsil Nazirliyində məlumat veriblər. Qrant Proqramı türkdilli ölkələrdən gənclərin həmin universitetdə təhsil almaları məqsədilə həyata keçirilir. Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarına 15 məqsədli təhsil qrantı ayrılıb. Qrant barədə ətraflı məlumatı universitetin internet səhifəsindən (ayu.edu.kz) əldə etmək mümkündür.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından admission.ayu.edu.kzünvanından qeydiyyatdan keçmələri xahiş olunur. Sözügedən keçid 01.06 — 30.06.2017-ci il tarixləri arası aktiv olacaqdır.

Proqram çərçivəsində Qazaxıstan tərəfindən qarşılanan xərclər: təhsil haqqı, təqaüd, yataqxana və ildə bir dəfə vətənə gediş-gəliş xərci.

GreenPen.az