Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü”nə həsr edilmiş tədbir keçirildi

Aprelin 29-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” ilə bağlı tədbir təşkil olunmuşdur. Heydər  Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə “Gəlin birgə oxuyaq!” şuarı altına keçirilmiş tədbirin məqsədi məktəblilər arasında mütaliəyə marağın artırılması idir.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bu tədbirin respublikamızın ictimai həyatında mühüm hadisə olduğunu qeyd edərək kitablara və mütaliəyə verilən dəyərdən, “Oxu günü”nün gənclərimizin mədəni və mənəvi səviyyəsinin formalaşmasına müsbət təsir edəcəyini bildirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva “Oxu günün”-də 60-dək ümumtəhsil məktəb və liseyinin şagirdlərinin iştirak etdiklərini və məktəblilərin tədbirə oxuduğu əsərlərdən səhnəciklərin və ekspozisiyaların hazırladıqları haqqında məlumat verdi.

“Oxu günündə” çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bu günün keçirilməsinin, həm də elm və bilik bayramı olduğunu qeyd etdi. “Bu tədbir, eyni zamanda mütaliə mədəniyyətinə, kitaba çağırış deməkdir. Kitab sözün əsl mənasında müəllimdir, həyat dərsliyidir”, —  deyə alim bildirdi.

Xalq yazıçısı Çinqiz Abdullayev, “Hədəf” nəşriyyatının rəhbəri Şəmil Sadiq və digərləri kitabların cəmiyyət üçün vacibliyindən və mütaliə mədəniyyətimizin inkişafının önəmliyindən danışdılar. Tədbirdə iştirak edən məktəblilərin , valideynlərin və müəllimlərin  fikrincə, tədbirdə təşkil edilmiş maraqlı kitab sərgiləri, stendlər, tamaşalar və poetik-musiqili proqramlar «Oxu günündə» iştirak edənlərin yaddaşlarında qalacaq.

Bu cür tədbirlərin ildən-ilən daha da təkmilləşdirilməsi və onların kütləviləşdirilməsi  — kitablara və mütaliəyə uşaqların və gənclərin maraqlarını artıracaq.

GreenPen.az

Responses are currently closed, but you can trackback from your own site.

Comments are closed.