Təhsil Nazirliyində “Sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə Dövlət Proqramının” hazırlığı ilə bağlı  Maarifçi QHT-lərlə görüş keçirildi

Təhsil Nazirliyində “Sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması” məsələlərinə həsr edilmiş Maarifçi QHT-lərlə seminar keçirilmişdir.

Görüşün keçirilməsində məqsəd “Sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüziv təhsili üzrə Dövlət Proqramının” hazırlanmasında maraqlı tərəflərin təkliflərini dinləmək, bu sahədə həyata keçirilən tədbirləri müzakirə etmək olub.

Tədbirdə Təhsil Nazirliyinin informasiya şöbəsinn institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarovun “Maarifçi QHT-lərin inklüziv təhsildə təcrübəsi və yeni imkanları“, Təhsil Nazirliyinin de-institutlaşma və uşaqların müdafiəsi idarəsinin şöbə müdiri Anar Xəlafovun “İnklüziv təhsili: pilot məktəb təcrübəsi”, korelyasiya üzrə pedaqoq — təlimçi Fəridə Tağıyevanın “İnklüziv təhsili: pilot məktəb təcrübəsi”, “Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimlinin “İnklüziv təhsil – hüquqi əsaslar, mövcud vəziyyət və problemlər” və Hemofiliyalı xəstələri Assosiasiyasının prezidenti Gülnarə Hüseynovanın “Fiziki məhdudiyyətli olan uşaqların təhsil mühitinə inteqrasiyası və inkişaflarına dəstək” mövzularında təqdimatları dinlənildi.

Müzakirələr zamanı Azad Müəllimlər birliyinin, Əlil Təşkilatları İttifaqının, Əlil qadınlar birliyinin, “TGC” Təlim və İnkişaf Mərkəzinin, “Yaşıl qələm” təhsil şəbəkəsinin,  İnsultla  mübarizə Assosiasiyasının,  inklüziv təhsilin tədbiq edildiyi Bakı şəhəri Nərimanov rayonu 202 nömrəli tam orta məktəbinin, Nizami rayonu 220 nömrəli məktəb-liseyinin, Xətai rayonu 138 nömrəli orta məktəbinin, Sabunçu rayonu 252 saylı məktəbinin, 2, 4 və 11 saylı internat məktəblərinin direktorları və müəllimləri “Sağlamlıq imkanları məhdud şəxslərin inkişafı və inklüuziv təhsili üzrə Dövlət Proqramının” hazırlanması ilə bağlı təkliflər verdilər.

Təkliflərdə inklüziv təhsil sahəsində cəmiyyətdə maarifləndirmə işinin daha da gücləndirilməsi, xüsusi ehtiyaclar üçün təhsil müəssisələrin münasib infrastrukturlarla təmin edilməsi, inklüziv təhsil siniflərin yardımçı avadanlıq və müxtəlif vəsaitlərlə təchizadı, xaricdə təlim keçmiş pedaqoqların gənc müəllimlərlə təcrübə mübadiləsinin təşkili, əlilliyi olan şəxslərin evdə təhsil, xüsusi təhsil,  inteqrasiyalı təhsil və ali təhsil müəssisələrində inklüziv təhsilə aid maarifçi qht-lərlə növbəti daha geniş formatında müzakirələrin təşkili məsələləri yurğulanmışdır.

Tədbirin informasiya dəstəyi: AZƏRTAC, CBC, GreenPen.az Təhsil Şəbəkəsi

GreenPen.az

 

Responses are currently closed, but you can trackback from your own site.

Comments are closed.