“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası dekabrın 27-də VI  yubiley qurultayını keçirəcək!

Tədbirdə hesabat xarakterli çıxışların, təşkilatın icra orqanlarına seçkilərın keçirilməsi  nəzərdə tutulub.  Həmçinin, qurultayda tanınmış Azərbaycan və xarici ölkə alimləri, pedaqoq və  maarifçiləri, incəsənət xadimləri, diplomatlar, ictimai xadimlər, Assosiasiyanın yaradıcıları və fəalları “Simurq” beynəlxalq medalı, “Mədəniyyət səfiri” Fəxri diplomu,  Fəxri fərman  və  Təşəkkürnamələrlə təltif ediləcəklər.

İştirakçılara və qonaqlara “Simurq” AMA-nın 25 illik tarixinə həsr olunmuş slayd filmi, Assosiasiya üzvlərinin kitablarının və incəsənət əsərlərinin sərgisi nümayış etdiriləcək. Qurultayın sonunda Azərbaycanın musiqi mədəniyyətinin tanınmış simalarının  konserti keçiriləcək. Bu haqda GreenPen.az saytına “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasından məlumat verilib.

Qurultay 2016-cı il, 27 dekabrda “Hyatt Regency» otelinin Quba zalında keçiriləcək. Tədbir saat 11:00-da başlayır, iştirakçılar 10:00-da qeydiyyatdan keçə bilərlər.

Qurultayda iştirak dəvətlə təşkil edilir. Tədbirdə “Simurq” AMA-nın Məclis üzvlərinin, fəxri üzvlərin və  xarici  qonaqların iştirakı gözlənilir.

GreenPen.az-ın yaradıcı qrupu  «Simurq» Azərbaycan Mədəniyyət Assosiasiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə kollektivi təbrik edir, təşkilata işlərində yeni uğurlar arzulayır!