“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının açılışı mərasimi keçirilib

21 noyabr 2016-cı il tarixində “Marriott Abşeron” mehmanxanasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı və Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Davamlı inkişafa doğru: Qadınlara qarşı zorakılığa yox deyək!” adlı birgə konfransı keçirilib. Bu haqda GreenPen.az saytına ADMİU-da məlumat veriblər. Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Elmi cəmiyyətinin sədri, dosent Sədaqət Əliyeva iştirak edib.

Konfransın sonunda universitetin I kurs “sosial iş” ixtisasının tələbələri Novruzov Şalan, Həsənov Coşqun, II kurs tələbələri Hüseynova Afaq və Omarov Murad — ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “ASAN radio” və BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Sosial media üçün ən yaxşı audio-ssenari” müsabiqəsinin qalibləri elan olunaraq mükafatlandırılıblar.

GreenPen.az