Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Tolerantlıq multikulturalizmin təməlidir” mövzusunda elmi seminar keçirilib.

 

10 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMIU) Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş “Tolerantlıq multikulturalizmin təməlidir” mövzusunda  elmi seminar keçirilib.

Bu haqda GreenPen.az saytına ADMIU-dan məlumat daxil olunub. Universitetin təşkil etdiyi seminarda Təhsil Nazirliyindən nümayəndə, Bakı Beynəlxalq Multikulturalizim Mərkəzinin nümayəndəsi, Universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Giriş sözünü Universitetin rektoru, professor Fərəh Əliyeva açaraq qeyd edib ki, “Hal-hazırda bütün təsisatlarda multikulturalizm mövzusuna həsr olunmuş silsilə tədbirlər keçirilir, Mədəniyət və İncəsənət Universiteti də bu silsilə tədbirlərin sırasına qatılır. – Əslində multikulturalizm və tolerantlıq bunlar qoşa addımlayan anlayışlardır. Çünki multikultural dəyərlər olmayan cəmiyyətdə tolerant münasibət heç vaxt ola bilməz. Tolerantlıq multikulturalizmin bərqərar olmasında ilkin prinsiplərdən biridir. Azərbaycan mədəniyyətində tarixən hər zaman bu iki məfhum yanaşı olub. Tarixə nəzər salsaq görərik ki, heçbir mədəniyyət xadimi, yazıçı, şair və s. onun yaradıcılığında bu anlayışlara müxalif fikirlər yoxdur. Musiqi irsinə baxsaq, rəssamlarımızın yaradıcılığında hər zaman müxtəlif xalqların, müxtəlif millətlərin mədəniyyəti və incəsənətinə çox həssas münasibət olub, onlar dinlənilib, onlara həmişə dəyər verilib. Və heç bir mədəniyyət xadimində biz bir mədəniyyətin digər mədəniyyətdən üstün olması anlayışına rast gələ bilmərik. Ona görə də tolerantlıq yalnız Azərbaycanda həyat tərzinin ayrılmaz bir hissəsi deyil, məişətdən tutmuş, təhsil, iş yerlərinə qədər eyni zamanda da bizim mənəvi baxışlarımızın təməl daşıdır.”

Rektorun çıxışının ardınca, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin hazırladığı “Azərbaycan humanizmin və tolerantlığın beşiyidir” adlı musiqili video-çarx nümayiş olunub.

Daha sonra Bakı Beynəlxalq Multikulturalizim Mərkəzinin nümayəndəsi Yadigar Məmmədli çıxış edərək qeyd edib ki, “Multikulturalizm Mərkəzinin qarşıya qoyduğu məqsəd Azərbaycanda multikultural durumu tətbiq eləmək, araşdırmaq və sizlərin, bu sahədə olan alimlərin işlərini təbliğ etməkdir”

Universitetin professor-müəllim heyəti: Fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyev – “Milli kimlik və multikultural proseslər”, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Xaləddin Sofiyev — “Tolerantlıq demokratik cəmiyyətin atributu kimi”, kulturologiya üzrə elmlər doktoru, dosent Mübariz Süleymanlı – “Multikulturalizmin Azərbaycan modeli” adlı məruzələri ilə çıxış ediblər.

Seminarda çıxış edən, Təhsil Nazirliyinin koordinatoru Elçin Sərdarov – Nazirliyin məktəblərdə və ali təhsil ocaqlarında “multikulturalizm ili” çərçivəsində təlimlər keçirtdiyini qeyd edib və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən bu tədbiri Nazirlik və öz adından alqışladığını söyləyib.

Sonda Universitetin prorektoru, professor Məryam Əlizadə mövzu haqqında çıxış edərək, Prezident İlhan Əliyevin “Multikulturalizmdə alternativ yoxdur” deyimini vurğulayaraq, multikultural dəyərlərin mədəniyyətin bir prinsipi olmasını qeyd etib. Gələn qonaqlara öz təşəkkürünü bildirib.

GreenPen.az

a

posl

predpos

4

3

1

 

 

 

 

 

 

 

 

 

 

2