«Multikulturalizm ili» və Uşaqlar günü çərçivəsində “Uşaqların sağlamlığını və sülhü qoruyaq “ adlı tədbir Hemofiliya xəstələri Assosiasiyasının təşkilatçılığı ilə keçirildi

Elçin Sərdarov

Uşaqların Beynəlxalq müdafiəsi Günü (İnternational children`s Day) – 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı «Qadınların Beynəlxalq Konfransı»nda verilmişdir. Bügün bu tarixi gün əksər dövlətlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. BMT-nin fəaliyyətinin ən mühüm nəticələrindən biri təkcə uşaqlara xüsusi qayğı göstərilməsinin və onların müdafiəsinin zəruriliyinin deyil, həmçinin uşaqların hüquqların müstəqil subyektləri olmasının etiraf edilməsindən ibarətdir. Beynəlxalq hüququn bu əsas prinsipi uşaq hüquqları haqqında Konvensiyada əksini tapmışdır.

Azərbaycanda uşaqlarla bağlı proqramlar, sənədlər qəbul olunub, hüquqi normativ aktlar təkmilləşdirilib. Ölkədə uşaqların hüquqlarının müdafiəsi sahəsində dövlət təşkilatları və vətəndaş birlikləri tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

Uşaqların Beynəlxalq müdafiəsi gününü və 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” münasibətilə yerli qeyri hökümət təşkilatı — Hemofiliya xəstələri Assosiasiyası uşaqlarla birgə keçirmişdir.  Azərbaycan himni ilə başlayan tədbirdə hemofiliya, leykemiya və leykemiyadan sağalmış uşaqlar Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, Yaponiya, Gürcüstan, Fransa, Hindistan, Ukrayna, Böyük Britaniya ölkələrinin milli paltarlarında müxtəlif dillərdə çıxışlar etdilər, həmrəylik və sülhə aid şerlərini, göyərçin şerini, göyərçin mahnısını ifa etdilər. Tədbir uşaqların özlərinin aparıcılığı və maraqlı çıxışlarla yadda qaldı. Gənc aparıcılar — Tofiq Quliyev, Elvin Qarayev, Aytən Alməmmədova, çıxışçılar — ən kiçik və orta yaşlı uşaqlar və məktəblilər — Əsmər Əlizadə,  Harun Musayev, Mələk Ələkbərova, Fidan Hüseynzadə, Murad Hüseynzadə, Natavan Əliyeva, Sübhan Kərimli, Ülvi Əliev, Xədicə Əkbərova, Şəms Əkbərova, Nihat Hüseynov, Qədir Hüseynov, Camal Axundov, Xədicə Qasımzadə, Mehriban Əliyeva, Nəslihan Əliyeva, Nəzrin Həmdiyeva, Əli Abdullayev, Həzi Əkbərov, Lalə Qasımzadə, Emin Ağamalızadə, Anar Qasımov, Əli Əliyev, Şəfiqə Mustafayeva, Fatimə Abbasova və Raul Məsimli Hemofiliya xəstələri Assosiasiyasının sədri Gülnarə Qurbanova tərəfindən diplomlarla qiymətləndirildilər.

“Uşaqlar bu bayrama çox həvəslə və ürəklə hazırlaşırdırlar. Bu tədbirlə hemofiliya xəstələri uşaqlarını və onların ailələrini sevindirib, uşaqların, bütün uşaqlar kimi  çox istedadlı olduqlarını bir daha göstərdik. Bu işdə bizə dəstək olan hər bir kəsə təşəkkür edirəm” – Gülnarə Hüseynova  dedi.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *