«Lira» gənc istedadlar cəmiyyətinin «Əlilliyi və Saglamlıq imkanı məhdud olan şəxslərin yaradıcılığa və təhsilə inteqrasiya imkanlarının genişləndirilməsi» layihəsi çərçivəsində tədbirlər keçirildi

Elvira Hacıbəy qızı

GreenPen.az

 “Lira” gənc istedadlar cəmiyyətinin təşəbbüsü ilə  Xacmaz İcma Əsaslı Reabilitasiya Mərkəzində, Əlilliyi və Saglamlıq imkanı məhdud olan şəxslərin  yaradıcılığa və təhsilə inteqrasiya imkanlarının genişləndirilməsinə xidmət edən layihə həyata kecirilir. Bu layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Şurasının elan etdiyi müsabiqənin qaliblərindən  biri olmuşdur. Layihənin məqsədi sağlamlıq imkanları məhdud  uşaqların kiçik matorik bacarıqlarının inkişaf etdirilməsi, onlara əlavə bacarıqların qazandırılması, əl işlərinin sərgilənməsi, fiziki imkanlarının və məntiqi təfəkkürlərinin inkişaflarına yol açan təlimlərin  valideynlərə  keçirilməsidir.

Bugün «Lira» gənc istedadlar cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Əlilliyi və Saglamlıq imkanı məhdud olan şəxslərin yaradıcılığa və təhsilə inteqrasiya imkanlarının genişləndirilməsi» layihəsi çərçivəsində uşaqların əl işlərindən ibarət sərgi təşkil etmişdir. «Bu uşaqlar üçün faydalı layihənin həyata keçirilməsi üçün qürur duyuruq. Bu işləri digər  bölgələrdə, davamlı olaraq həyata keçirmək niyyətindəyik» — bu haqda GreenPen.az-a müsahibəsində «Lira» gənc istedadlar cəmiyyətinin sədri Lalə Abışova dedi. Məlumat üçün, bildirək ki, Lira ictimai birliyi bölgələrdə Şuranın və digər donorların dəstəyi ilə bir çox yerli və beynəlxalq idarəetmə təlimlərdə iştirak edib, mədəni- maarif və sosial layihələri uğurla həyata keçirib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *