Təhsil nazirliyinin Layihəsi çərçivəsində «Tərəqqi» Humanitar -texniki liseyində multikulturalizm və tolerantlıqla bağlı təlim keçirildi

Elnarə Fərhadova

GreenPen.az

Təhsil Nazirliyinin “Multikulturalizm ili” çərçivəsində Bakının pilot məktəblərində həyata keçirdiyi “Biz hamımız insanıq və hamımız eyniyik” adlı layihəsi üzrə interaktiv təlimlər Bakı şəhəri «Tərəqqi» Humanitar-texniki liseyində keçirildi. Tədbirdə «Tərəqqi» Humanitar -texniki liseyinin direktoru Məhbubə Məmmədova, Liseyin direktor müavini Sədaqət Nağıyeva, Təhsil Nazirliyinin “Biz  hamımız insanıq və hamımız eyniyik” layihəsinin rəhbəri, ictimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə Koordinatoru Elçin Sərdarov,  “Böyük ipək yolu” beynəlxalq gənclər təşkilatının beynəlxalq şöbəsinin məsul əməkdaşı Nuriyyə Quliyeva təlimin konsepsiyası və vacibliyi haqqında məktəbliləri məlumatlandırıblar.

Təlimlərin əsas məqsədi Azərbaycanda tolerantlıq və multikulturalizmlə bağlı məktəblilərə məlumat vermək, etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların sülh şəraitində yaşamalarının vacibliyini göstərməkdir. Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib.

Ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qeyd olunub ki, xalqımız əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrini qoruyub saxlayıb, ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunə olub.

Təlimçilər çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif etnik qruplar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat veriblər. İnteraktiv formada keçirilən təlimdə təlimçilər və şagirdlər ingilis dilində təqdimatlar ediblər. Bildirilib ki, layihə çərçivəsində multikulturalizmlə və tolerantlıqla bağlı esse, şeir, mahnı və rəsm müsabiqələri keçiriləcək.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *