“Multikulturalizm ili” çərçivəsində 23 nömrəli məktəbin şagirdləri ingilis dilində keçirilmiş təlimlərdə təqdimat bacarıqlarını nümayiş etdirdilər.

Elnarə Fərhadova

GreenPen.az

Təhsil Nazirliyinin “Multikulturalizm ili” çərçivəsində Bakının pilot məktəblərində həyata keçirdiyi «Biz hamımız insanıq və hamımız eyniyik» adlı layihəsi üzrə interaktiv təlimlər Bakı şəhəri 23 nömrəli məktəbdə keçirildi. Tədbirdə Təhsil Nazirliyinin, Yaşlıların Təhsili Assosiasiyasının, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin, “Yaşıl qələm” Müəllimlərin və Jurnalistlərin Təhsil Şəbəkəsinin, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin nümayəndələri iştirak ediblər. 

Təlimlərin əsas məqsədi Azərbaycanda tolerantlıq və multikulturalizmlə bağlı məktəblilərə məlumat vermək, etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların sülh şəraitində yaşamalarının vacibliyini göstərməkdir. Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qeyd olunub ki, xalqımız əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrini qoruyub saxlayıb, ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunə olub.

Təlimçilər çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif etnik qruplar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat veriblər. İnteraktiv formada keçirilən təlimdə təlimçilər və şagirdlər ingilis dilində qruplarda təqdimatlar ediblər. Azerbaycan`s Tolerance qrupundan Lalə, Sobiya, Xəyyam, Adil, Şəms, Maqsud, Fidan, UNK qrupudan Mədinə, Raul, Aişa, Nəidə, Aydın, Ziya, Sara, Lords qrupundan Üzeyir, Fidan, Rüstəm, Nigar, Hacı, Svetlana, Nəzrin, Multikulturalizm qrupundan Emiliya, Afik, Medina, Jeyran, Jolaya,Aylin, Jamal, Jalal, Peace friends qrupundan Ümman, Aysel, Leyla, Murad, Fərid, Rəşid qruplarda fəal iştirak etmişdirlər. 

Bildirilib ki, layihə çərçivəsində multikulturalizmlə və tolerantlıqla bağlı esse, şeir, mahnı və rəsm müsabiqələri keçiriləcək.

Tədbirdə 23 nömrəli məktəb direktoru Yuliya Kərimova, məktəbin qabaqçıl ingilis dili müəllimləri Elmira İlizarova və Vəfa Zeynalova, Təhsil Nazirliyinin «Biz  hamımız insanıq və hamımız eyniyik» layihəsinin rəhbəri, ictimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə Koordinatoru Elçin Sərdarov,  Pilot layihələr sektorunun müdiri Rüfət Əliyev, beynəlxalq təlimçi Nik Nwolisa, «Yaşlıların təhsili» Assosiasiyasının sədri Azər Ramazanov, «Böyük ipək yolu» beynəlxalq gənclər təşkilatının baş katibu Aytən Əliyeva və təşkilatın beynəlxalq şöbəsinin məsul əməkdaşı Nuriyyə Quliyeva təlim haqqında öz təəsüratları ilə bölüşdülər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *