“Multikulturalizm ili” çərçivəsində təlimlər 138 nömrəli məktəbin inklyuziv təhsil siniflərində keçirildi

Elnara Fərhadova

GreenPen.az

Təhsil Nazirliyi “Multikulturalizm ili” çərçivəsində Bakının ümumi təhsil müəssisələrində «Biz hamımız insanıq və hamımız eyniyik» mövzusunda interaktiv təlimləri davam etdirir. Növbəti təlim Bakı şəhəri 138 nömrəli tam orta məktəbin inklyuziv təhsil siniflərində keçirilib. Tədbirdə Təhsil Nazirliyinin Layihə Koordinatoru Elçin Sərdarov, Təhsil Nazirliyinin uşaqların müdafiəsi idarəsinin şöbə müdiri Anar Xələfov, Layihənin beynəlxalq məsləhətçisi Nik Nvolisa, Beynəlxalq Multikulturalizm Mərkəzinin, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tэhsil Nazirliyinin Layihэ Koordinatoru Elçin Sərdarovun  GreenPen.az-a verdiyi məlumata görə təlimlərin əsas məqsədi Azərbaycanda tolerantlıq və multikulturalizmlə bağlı məktəbliləri məlumatlandırmaq, etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların sülh şəraitində yaşamalarının vacibliyini göstərməkdir. Onun sözlərinə görə təlimlərdə bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qeyd olunub ki, xalqımız əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrini qoruyub saxlayıb, ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunə olub.Təlimçilər çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif etnik qruplar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat veriblər.İnteraktiv formada keçirilən təlimdə “Biz hamımız insanıq və hamımız eyniyik”, “Mənim multikultural Azərbaycanım” mövzularında təlimçilər və öz qruplarını təqdim edən gənc liderlər təqdimatlar etdilər. Bildirilib ki,  layihə çərçivəsində multikulturalizmlə və tolerantlıqla bağlı esse, şeir, mahnı və rəsm  müsabiqələri keçiriləc

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *