Qərb Universiteti tələbələri «Beynəlxalq abidələr və tarixi yerlər» gününü qeyd etdi!

1983-cü ildən 18 aprel tarixi «Beynəlxalq abidələr və tarixi yerlər” günü kimi qeyd olunur. YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının qərarı əsasında qeyd olunan bu günün başlıca məqsədi dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.

Beynəlxalq abidələr və tarixi yerlər günü ilə əlaqədar olaraq 18 aprel 2016-cı il tarixində «Zəncirli mülk” binasının sərgi zalında Qərb Universiteti və «İçəri Şəhər” tarixi muzeyinin dəstəyi ilə Qərb Universitetinin «Dizayn” fakültəsinin tələbələrinin yaradıcılıq işlərindən ibarət «Tarixdə qalan fotolar” adlı fotosərgisinin açılışı oldu.

Qərb Universitetindən GreenPen.az-a verilən məlumata görə tədbirdə Qərb Universitetinin müəllim və tələbə heyəti, «İçəri Şəhər” qoruq idarəsinin əməkdaşları, həmçinin 132-134 saylı təhsil kompleksinin müəllim və şagirdləri iştirak etdi. Tədbirin açılışını «İçəri Şəhər” tarixi muzeyinin direktor müavini Gülnar Əliyeva etdi. Tədbirdə həmçinin Azərbaycan Memarlar İttifaqının üzvü, Qərb Universitetinin «Dizayn” kafedrasının müdiri, Pərvanə Əliyevaya, İçərişəhər Ağsaqqallar Şurasının üzvü məşhur keramika ustası, baş rəssam Mirteymur Məmmədov da çıxış etdilər.

GreenPen.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *