Qərb Universitetində tələbələr və müəllimlər «İlhamla irəli» keçirilmiş tədbirdə «Qüdrətli ordumuz, Qarabağa yolumuz» şüarlarıı ətrafında birləşərək həmrəyliklərini nümayiş etdirdi…

Elçin Sərdarov

Azərbaycan Jurnalistlər Birliyinin üzvi

 

«Vətənimizin dilbər guşəsi, bir zamanlar dillər əzbəri olan Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Odu-ocağı yağmalanmış, torpağı talanmış bu elin həsrəti hamımızın  qəlbini göynədir. Bizim hər birimizin ən böyük arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Ümummilli liderimiz H.Əliyevin siyasətini uğurla davam etdirən hörmətli prezidentimiz İlham Əliyevin rəhbərliyi altında biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bizim qeyrətinə arxalandığımız, ümidimizi bağladığımız igid oğullarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında səfərbər olmağa hazırdır» — bu sözlər Qərb Universitetinin Tələbə Gənclər Təşkilatının tələbələrinin və  professor — müəllim heyyətinin ölkə başçısı , Ali Baş komandanı İlham Əliyeva ünvanlandığı və 7 aprel 2016-ci it tarixində Universitetdə keçirilmiş «İlhamla irəli” adlı tədbirdə  səsləndirilmişdir.

Qərb Universitetindən verilən məlumata görə tədbirdə Qərb universitetinin fəxri professoru, politoloq Fikrət Sadıqov və Politologiya və Beynəlxalq münasibətlər kafedrasının müəllimi, t.e.ü.f.d. Xumar Səfərova son dövrlərdə cəbhədə baş verənlər barəsində məlumat vermiş, gənclərin vətənpərvər ruhda inkişafından danışmışdırlar.

Vətənə olan sevgisini çıxışlarında, yazdıqları şeirlərdə ifadə etməyə çalışan tələbələr «Qarabağ bizimdir, bizim qalacaq!”, «İnamla, İlhamla irəli!», «Qüdrətli ordumuz, Qarabağa yolumuz» şüarlarıı ətrafında birləşərək həmrəyliklərini nümayiş etdirmiş və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bötüvlüyümüzü bərpa edəcəyimizə inamlı olacaqlarını bildirmişdirlər.

Universitetin birinci kurs tələbəsi Məmmədov Pərviz və magistr tələbəsi Naim Süleymanov öz yazdığı şeirlərlə vətənpərvərlik hisslərini çatdırmışdırlar.

Gəlin yola salmağa məni ey dostlar,

Tezliklə yollanıram, Əsgər gedirəm.

Vətənin keşiyini çəkməyə, dostlar,

Tezliklə yollanıram, Əsgər gedirəm.

Bu torpaq uğrunda canım qoymağa,

Düşmənin gözünü əllə oymağa,

Allahın izni ilə şəhid olmağa,

Vətəni qorumağa! Əsgər gedirəm!

Müqəddəs vəzifədir vətənə xidmət,

Vətənə daş olana edilməz töhmət,

Vətənə xidmət, torpağa hörmət,

Yaşasın bu millət! Əsgər gedirəm!

Torpağıma göz dikənin kor olsun gözü,

Bizlərə yar olsun Allahın özü,

Eşitsin tüm dünya duysun bu sözü,

Düşmən də eşitsin: “ƏSGƏR GEDİRƏM!”

Ağdama, Zəngilana və Kəlbəcərə,

Dağlıq Qarabağa, uca ellərə,

Üçrəngli bayrağımı mən zirvələrə,

Sancıb dalğalandırmağa Əsgər gedirəm!

Vətəni qorumağa Əsgər gedirəm! (Naim Süleymanov)

Sonda universitet tələbələri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanmışdır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *