Qərb Universitetdə “Xarici siyasət prioritetləri və parlamentlərarası münasibətlər” adlı elmi seminar keçirildi

Elvira Məclumova

GreenPen.az

 

04 aprel 2016-cı ildə Qərb Universitetində növbəti “Azərbaycan Respublikasının xarici siyasət prioritetləri və parlamentlərarası münasibətlər”adlı elmi seminar keçirilmişdir. Elmi seminarın qonağı tanınmış politoloq, millət vəkili Rasim Müsabəyov olmuşdur.Elmi seminarın işini Qərb universitetinin  fəxri professoru, politoloq Fikrət Sadıqov açdı. O,dünyada gedən geosiyasi proseslərdən danışdı, Cənubi Qafqazda baş verən hadisələri təhlil etdi və digər məsələlərə aydınlıq gətirdi. Azərbaycanın bu proseslərdə yerini və rolunu qeyd etdi.

Öz çıxışında Rasim Musabəyev xarici siyasətin əsas istiqamətlərindən və prioretetlərindən, müasir çağırışlardan, geosiyasi vəziyyətdən bəhs etdi. Azərbaycanın tarixi aspektlərini qeyd edərək politoloq  müasir global və regional münasibətlərdə dövlətimizin əhəmiyyətini göstərdi. Seminar çərçivəsində Rasim Musabəyov seminar iştirakçılarının çox saylı suallarını cavablandırıdı.

Bir çox suallar Cənubi Qafqazda baş verən proseslərlə və axır günlərdə təmas xəttində yaranmış  vəziyyətlə əlaqədar olduğundan politoloq Rasim Musabəyov təmas xəttində baş verən hadisələr haqqında seminar iştirakçılarını məlumatlandırdı.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *