Məktəblilərin öz biliklərini sınamaq üçün əla fürsət: Respublika fənn olimpiadalarının birinci mərhələsi

Yanvarın 17-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçiriləcək. GreenPen.az-da Təhsil Nazirliyindən verildiyi məlumata görə bu bilik yarışında 27500-dən çox şagirdin iştirak edəcək, məktəblilər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, Azərbaycan dili və ədəbiyyat və coğrafiya fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilir. Şagirdlərə təqdim olunacaq tapşırıqlar fənn kurikulumuna uyğun olaraq, qapalı test formatında hazırlanıb. 30-40 sualdan ibarət olan imtahanda şagirdlərə cavablandırma üçün maksimum 3 saat vaxt verilir. Rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 27-dək Respublika təşkilat komitəsi tərəfindən elan ediləcəkdir.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən hər fəndən və hər sinifdən ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaqdır.

İnformatika fənni üzrə rayon (şəhər) mərhələsində iştirak etmək istəyən şagirdlər www.informatika.edu.az internet səhifəsində qeydiyyatdan keçərək online müsabiqədə iştirak edəcəklər. Rayon (şəhər) mərhələsinin informatika fənni üzrə tapşırıqları qeyd olunan saytda 17 yanvar 2016-cı il tarixində saat 10:00-dan etibarən nümayiş etdiriləcəkdir

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramlar şöbəsinin pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Fuad Qarayev fənn müsabiqələrin obyektiv, şəffaf və müsbət rəqabət şəraitində keçirildiyi qeyd edərək onların təşkilində əməyi keçən həmkarlarına təşəkkürünü bildirdi, məktəblilərə isə müvəffəqiyyətlər arzu etdi.

Qeyd etmək lazımdır ki, ildən ilə fənn olumpiadalarına məktəblilərin marağı artır və onların şəffaf keçirilməsi, həmçinin beynəlxalq və yerli fənn olimpiadalarında məktəblilərimizin əldə etdiyi uğurlar uşaqların fənn olimpiadalarına daha yaxşı hazırlaşmaq üçün təkan verəcək.

Elnur Elçin oğlu

GreenPen.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *