“Ağac əkək, təbiətə nəfəs verək” şüarı altında WWF – Azərbaycan-ın və Təhsil Nazirliyin birgə aksiyası

27-28 noyabr 2014-cü il tarixlərində Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Ağsu və Yevlax şəhərlərində ağac əkmə aksiyası həyata keçirmişdir. “Ağac əkək, təbiətə nəfəs verək!” şüarı altında həyata keçirilən aksiyada yüzə qədər məktəbli və müəllim heyyəti iştirak etmişdir.

WWF- Azərbaycandan GreenPen.az saytında verilən məlumata görə, tədbirin  məqsədi gənc nəsilə meşələrin təbiətdə rolu, onların əhəmiyyəti, iqlim dəyişmələrinin təbiətə  mövcud  təsirləri haqqında maarifləndirmək və təbiətin oksigen mənbəyi olan meşələrə qayğı ilə yanaşmalarını təbliğ etmək idi.

Qeyd edək ki, “Ağac əkək, təbiətə nəfəs verək!” aksiyası  WWF-Azərbaycan Nümayəndəliyinin  icra etdiyi “Cənubi Qafqaz ölkələrində meşə ekosistemlərinin iqlim dəyişmələrinə qarşı dözümlülüyünün artırılması” layihəsi çərçivəsində təşkil edilmişdir. Layihənin əsas məqsədi  cənubi Qafqazda meşə ekosistemlərinin iqlim dəyişmələrinin təsirinə qarşı dözümlülüyünü artırmaq, biomüxtəlifliyi zənginləşdirməkdir  və  iqlim dəyişmələrinin yarada biləcəyi təhlükələri qabaqlamağı nəzərdə tutur. Yevlax və Ağsu şəhərlərindəki 150 ha layihə sahələrində 80 mindən çox yerli ağac növləri əkilmişdir.

GreenPen.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *