Azərbaycan alimləri Brüsseldə Şərq tərəfdaşlığı ölkələri üçün təşkil olunmuş tədbirdə iştiraka dəvət olunur. 23.06.2014

Azərbaycanda bərpa olunan enerji mənbələri və enerji effektivliyi sahəsində çalışan biznes və elmi ictimaiyyət nümayəndələri “Energetikada elmdən innovasiyalara doğru: Avropa mehriban qonşuluq siyasəti ölkələri ilə energetikada tədqiqat və innovasiyalar arasında uçurumun aradan qaldırılması üzrə əməkdaşlığın inkişafı” (http://www.ener2i.eu) layihəsi çərçivəsində Şərq tərəfdaşlığı ölkələri üçün təşkil olunmuş xüsusi broker tədbirində iştirak etməyə dəvət olunur.  Məqsəd Şərq tərəfdaşlığı (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan) və Avropa Birliyi ölkələri arasında elm və biznes sahələri üzrə birbaşa əlaqələrin yaradılması və yeni layihələrin həyata keçirilməsinə təkan verməkdir. Tədbir 23 iyun 2014-cü il tarixdə Brüsseldə (Belçika) dayanıqlı energetika həftəsi çərçivəsində keçiriləcək. Ətraflı məlumatı linklər vasitəsilə əldə etmək mümkündür: www.inco-eap.net

Əlaqələndirici şəxs: AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı Beynəlxalq əlaqələr idarəsi, Firuzə Xəlilova

E-mail: khalilova.firuza83@gmail.com; Tel.: 5926651, 592 4318

Mənbə: science@gov.az

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *