Həmyaşıdların təlimi üzrə tədris vəsaitinin məqsədə doğru can atan gənc könüllülərin geniş şəkildə cəlb edilməsi yolu ilə sınaqdan keçirilməsi

BMT-nin Əhali Fondu (UNFPA) sağlam həyat və bərabər imkanlar əldə etmək üçün hər bir kişi, qadın və uşağın hüquqlarını müdafiə etməyə səy göstərən beynəlxalq inkişaf agentliyidir. Həmin hüquqların gücləndirilməsi və müdafiəsi məqsədilə BMT-nin Əhali Fondu dünya miqyasında Hökumətlərə, QHT-lərə və Tərəfdaşlara yardım və köməkliyini göstərməkdə əvəzsiz rol oynamaqla Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın Proqram üzrə Fəaliyyət və Minilliyin İnkişaf Məqsədləri müəyyən olunan məqsədlərə nail olunmasında onlara birbaşa dəstək olur.

Yuxarıda qeyd olunanı əldə etmək üçün UNFPA yeniyetmələrin və gənclərin hüquqlarını dəstəkləmək naminə onların məsuliyyətli və sağlam cinsi və reproduktiv davranışlarına kömək edə biləcək keyfiyyətli məlumat və bacarıqlara çıxış imkanların artırılmasına sadiqdir. Həmyaşıdların təliminin gənc nəslin ehtiyaclarının ödənilməsində ən səmərəli vasitə olduğunu nəzərə alaraq, UNFPA Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə əməkdaşlığının bir hissəsi kimi, gənclər arasında və onların bacarıqlı həmyaşıdları tərəfindən sağlam həyat tərzi və cinsi və reproduktiv sağlamlıq (CRS) prinsiplərinin təbliği üçün bir vasitə kimi təqdim olunan Həmyaşıd Təlimçilər üçün Tədris Vəsaiti işləyib hazırlamışdır. Bu səbəbdən BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyi tender elan edir.

QHT-lər/Elmi-Tədqiqat İnstitutları üçün
Tenderə Dəvət

Göstəriləcək xidmətin adı
Həmyaşıdların təlimi üzrə tədris vəsaitinin məqsədyönlü gənc könüllülərin geniş şəkildə cəlb edilməsi yolu ilə sınaqdan keçirilməsi

Texniki Mükəlləfiyyətlər
Strateji məqsəd: i) yeniyetmələr və gənclər arasında həmyaşıdların təlimi üçün ölkə səviyyəsində sınanmış vasitənin işlənib hazırlanması və ii) sağlam həyat tərzi və cinsi və reproduktiv sağlamlıq (CRS) sahəsində məqsədyönlü gənc könüllülər potensialının yetişdirilməsi yolu ilə, həmyaşıdların yönəldilməsini təmin edən əlverişli mühit yaratmaq.

Fəaliyyət istiqamətləri:
 UNFPA-nın Həmyaşıd Təlimçilər üçün Tədris Vəsaitini sınaqdan keçirilməsi məqsədilə Azərbaycanın regionlarında təcrübəli həmyaşıd təlimçilər tərəfindən gənclər üçün təlimlərin keçirilməsi

 Struktur yanaşma prinsipindən istifadə edərək təlimçilər və hədəf auditoriya tərəfindən təlim haqqında rəylərin təqdim edilməsi
 Vəsaitin yekun variantında rəylərin əks etdirilməsi

 Vəsaitin ictimaiyyətə təqdimatının keçirilməsi

Xüsusi şərtlər:
 Təşkilat bu sahədə öz mütəxəssislərinin bilik səviyyəsinin təsdiq etməlidir
 Təqdim olunacaq materiallar milli mentalitetə və hədəf qrupun psixososial xüsusiyyətlərinə uyğun olmalıdır

Ofis/Layihə UNFPA, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu
Tender şərtləri
Təqdim olunacaq materialın həcminin və tenderin təyinatını nəzərə alaraq tender üzrə təkliflər ingilis dilində aşağıdakı
elektron poçt ünvanına göndərilməlidir:
tender@un-az.org
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu

24 Neftçilər prospekti, Dalğa Plaza, Bakı, AZ1000, Azərbaycan
Telefon: (994-12) 498 98 88 Faks: (994-12) 492 24 91
E-mail: office@unfpa.az URL: http://www.unfpa.org.tr/azerbaijan/index.htm
Təkliflərin təqdim edilməsi üçün
son tarix 1 mart 2013-cü il
Əlaqə saxlamaq üçün şəxs Cənab Teymur Seyidov
Proqram müşaviri (Reproduktiv sağlamlıq və Gənclər)
Telefon/Faks Tel: (+994 12) 492 24 70
Faks: (+994 12) 492 23 79

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *