Tanınmış yazıçı, şair və jurnalist Sədaqət Kərimovanın yeni kitablarının təqdimatı keçirilib

Azərbaycan oxucularına milli əxlaq və mənəviyyat mövzularında şer və bədii əsərlərlə tanış olan görkəmli yazıçı, şair və jurnalist Sədaqət Kərimova fevralın 22-də Beynəlxalq Mətbuat Mərkəzində öz yeni kitablarının “Ağ qəm” və “Квахьай йикъарган” (“İtən gündəlik”) təqdimatını keçirilib.

Tanınmış yazıçı, şair və jurnalist Sədaqət Kərimovanın imzası həm Azərbaycan, həm də Dagıstan oxucularına yaxşı tanışdır. Əsərlərin Azərbaycan və ləzgi dillərində qələmə alan müəllifin indiyə kimi 18  kitabı işıq üzü görüb.

Təqdimatda çıxış edən müəllifin yaradıcı və jurnalist dostları, tanınmış şair və yazıçılar, görkəmli alimlər, ictimai xadimlər, müəllimlər və kitabları həvəslə oxuyan  daimi oxucular yeni nəşr olunmuş kitablarda  cəmiyyətin aktual sosial-mədəni və fəlsəfi mövzuların əhatə olunmasından, müasir cəmiyyətdə yaşayan insanlar üçün kitablarda insanlar arasında səmimi münasibət, mənəviyyat, sadəlik, insan dəyərləri kimi vacib məsələlərin böyük yazıçı məharəti ilə  bədii dildə təsvir olunduqlarından bəhs etdilər.

“Ağ qəm” kitabına müəllif  tərəfindən yenidən işlənmiş 6 povest və 2 roman daxil edilib. Orijinal mövzu seçimi , maraqlı dramatik süjetləri, yaddaqalan obrazları ilə  oxucu qəlbinə yol tapan bu əsərlər səlis  və rəvan dili , özünəməxsus təhkiyəsi ilə seçilir.

Sədaqət Kərimovanın yaradıcılığının ana xəttini  əxlaq, mənəviyyat məsələləri  təşkil edir. Onun əsərləri dərin psixoloqizmi, oxucunu intizarda saxlayan , qəlbə nüfuz edən həyacanlı süjetləri , yaddaqalan obrazları ilə seçilir, cəlbediçi təhkiyəsi, aydın və  səlis dili  ilə diqqət  çəkir.

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, “Qızıl Qələm”, Həsənbəy Zərdabi adına mükafatlarına və “Şarvili” mükafatına layiq görülmüş görkəmli şairəmiz , gözəl və səmimi insan Sədaqət Kərimovanın əvvəllər yazdığı  “Səssis haray” adlı povest və kitablardan ibarət kitabı, “Qərib quşun nəğməsi”, ləzgi dilində “Ləzginka çal”, “Hal” romanı, “Qürüb” povest və romanlar toplusu,”Soyuq günəş”, “Günəş gülür”,  “Daha bir bahar”, “Qusar, qusarlılar” ensiklopedik toplusu, “Ay yağışı “, “Dil haqqında ballada” oxucuların ürəklərinə yol tapıblar.

Yazıçının sayca 18-ci kitabı olan “Квахьай йикъарган” (“İtən gündəlik”) ləzgi dilində qələmə alınıb. Kitaba eyniadlı roman, povest və hekayələr daxil edilib. S. Kərimova həm də “Samur” qəzetinin redaktorudur.

“Yaşıl Qələm”- min  (GreenPen.az) yaradıcı qrupu peşəkar jurnalistimizi və gözəl şairəmizi yeni kitabların təqdimatı ilə bağlı səmimi təbrik edir! Ona  millətlər və mədəniyyətlər xəzinəsi olan Azərbaycanın inkişafı naminə sənətini Şahdağ kimi həmişə uca tutmağı, Qafqaz sağlamlığını və şərq mədəniyyətdən yeni yaradıcılıq üçün ilham almağını arzu edir!

GreenPen.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *