GreenPen.az — PR Məktəbi: Pİarın növləri

Piarın növləri:

• Sosial piar — bu fəaliyyət pozitiv, müsbət modellərin formlaşdırırılmasına, dəstəyinə hesablanmış təbliğatdır. Piarın bu sferasına ən-ənəvi olaraq xeyriyyəçi təşkilatlar, qeyri-kommersiya ictimai təşkilatları və xeyriyyəçi layihələri olan biznes-struktrular aiddir.
• Ağ piar — bu söz birləşməsi qara piara zidd olan anlayışın nümayişi üçün, yəni öz adından açıq reklamdan meydana gəlmişdir.
• Özünüpiar — öz-özünün anonim tərifidir.
• Qəhvəyi piar — neofaşist və faşist təbliğatı ilə yaxın bir şeydir.
• Yaşıl piar — sosial məsul piardır.
• Qara piar — rəqib partiyanın, qrupun və s. ləkələnməsi, məhv edilməsi üçün «qara texnologiyalardan» istifadə edilməsi, onun adından təhqiredici və ya iqtisadi təhlükəli bəyanatların edilməsi və s. yayılmasıdır. Bəzən nüfuzdan salan bir yazının dərci ilə məhdudlaşmaq kifayət edir. Bu söz birləşməsi «qara təbliğat» ifadəsi ilə eyni yaranmışdır. Belə güman edilir ki, rus dilində Viktor Pelevinin «Generation P» romanı çapdan çıxdıqdan sonra meydana gəlmişdir.
• Sarı piar — diqqəti cəlb etmək məqsədilə həmin dövlətin əksər əhalisi üçün təhqiramiz elementlərdən istifadə (adlarda qadağa qoyulmuş sözlər, təsvirlərdə seksual məzmunun tətbiqi, erotikadan – pornoqrafiyaya, kütləvi hərəkətlərdə – yalançı homoseksualizm, irqçi, ksenofob bəyanatların deyilməsi və s.).
• Boz piar — mənbəyini gizli saxlayan reklam (müsbət və ya mənfi). «Qara piar»dan fərqli olaraq, öz mənşəyi haqqında birbaşa yalan nəzərdə tutmur.
• Viruslu piar — hazırkı formada «viruslu» anlayışı avtonom xarakter daşıyır. İnsanların öz aralarında, dostları və tanışları ilə maraq dairəsinə aid müxtəlif ideya, düşüncə, fikirlə bölüşmək mənasında işlədilir.

(Vikipediya. Açıq ensiklopediya)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *