Elmi-tədqiqat Layihələrinin Təqdimatı Elanı.Xaricdə təhsil almış məzunların 3-cü Təhsil Forumu

(Xaricdə müxtəlif təhsil proqramları çərçivəsində təhsil almış məzunlar üçün çağırış)

“Azərbaycanda təhsilin inkişafı naminə beynəlxalq təcrübəyə əsaslanan yeni yanaşmaların təklif olunması: mövcud vəziyyət və innovativ təkliflər

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA), Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (MTTYM) və Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzi 3-cü Təhsil Forumunda xaricdə təhsil almış məzunların təhsil, bacarıq və təcrübəsinə əsaslanaraq, Azərbaycanda təhsilin inkişafı naminə Təhsil Siyasəti (Təhsil strategiyası) üzrə tədqiqat layihələrini təqdim etməyə dəvət edir.

Forumun əsas məqsədi xaricdə təhsil almış və təhsil sahəsində töhfə vermək istəyən məzunlara dəstəyi nümayiş etdirmək və onları geniş ictimaiyyətə tanıtmaqdır. Bu məqsədlə, İşçi qrup, Azərbaycan Respublikasında təhsil siyasətini müəyyən edən dövlət məmurlarını və təcrübəli mütəxəssisləri məzunlar ilə bir araya gətirərək innovativ ideyaların tətbiqetmə mexanizmini konstruktiv olaraq birgə ərsəyə gətirməyə çalışacaq.

Gözlənilən nəticələr:

  1. Xaricdə təhsil almış azərbaycanlı məzunlar təhsilin inkişafı naminə töhfələrinin verilməsi üçün yüskək səviyyədə tanınacaq və dəstəklənəcək;
  2. Geniş ictimaiyyət üçün təhsil məsələləri müzakirə obyekti olmaqla gündəmə gələcək;
  3. Təhsil Forumundan iki həftə sonra dəyirmi masa arxasında Forum zamanı müzakirə olunan ən aktual mövzular seçilərək həmin sahənin aparıcı mütəxəssisləri və tədqiqatçı məzunlar arasında daha yaxından vəziyyəti analiz edib, müzakirə əsaslı təkliflər paketi hazırlamaq imkanı olacaq;
  4. Seçiləcək tədqiqatçılar Təhsil Nazirliyində məzunların elmi potensial/əqli mülkiyyət bazasına daxil ediləcək, həmçinin tədqiq olunmuş sahə istiqamətində görüləcək işlərin gerçəkləşməsində məsləhətçi qismində iştirak etmək imkanı əldə edəcəklər;
  5. Yüksək keyfiyyətli tədqiqat layihələrinin beynəlxalq nüfuzlu elmi jurnallarda məqalə formasında çap olunması üçün dəstəklənəcəklər.

Əsas qiymətləndirmə kriteriyaları:

  • Mətnin aydınlığı
  • Tədqiqat obyektinin əhəmiyyətliliyi
  • İnnovativ və akademik yanaşma

Müraciət etmək üçün vacib tarixlər

  • Abstrakt/müqəddimələrin təqdim olunması üçün son tarix: 09 mart, 2014–cü il
  • Qəbul edilmiş müqəddimələrin statusu haqqında elanın verilməsi: 17 mart, 2014-cü il
  • Tamamlanmış işin təqdim olunması üçün son tarix:  05 may, 2014 –cü il
  • Təqdimatçıların ilkin dinlənilməsi: 20 may, 2014 –cü il
  • Forumun tarixi: 20 iyun, 2014-cü il

Tədqiqat layihələrinin təqdim olunma şərtləri və tədbir haqda daha ətraflı məlumat əldə etmək üçün yerləşdirilmiş tam elan ilə tanış ola bilərsiniz: elan.doc

2013-cü ildə təşkil olunmuş Xaricdə təhsil almış Məzunların 2-ci Təhsil Forumu, müzakirə olunan təqdimatlar və nəticələr haqqında ətraflı məlumat üçün AAA tərəfindən təşkilatın internet səhifəsində hazırlanan platformanı da Sizin diqqətinizə çatdırırıq: http://aaa.org.az/index.php/ii-alumni-education-forum.

Əlaqə

Forum ilə bağlı hər hansı bir sual və ya təklifiniz olduğu halda, Forumun koordinatoru Vəli Hüseynov ilə əlaqə saxlaya bilərsiniz: vali.huseynov@fulbrightmail.org, Tel:(+99412) 437 13 46.

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ilə əlaqə üçün ictimai əlaqələr üzrə koordinator Eltac Muradlı ilə əlaqə saxlaya bilərsiniz: emuradli@cie.az, Tel.:(+99412) 498-6043 (daxili: 27).

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *