Mİllİ qİymətləndİrmə tədqiqat; MQT-2014 üçün Sahə Fəaliyyətinin həyata keçirilməsi. Maraqların ifadəsi üçün dəvət. Yekun tarix — 03 mart 2014-cü il

(MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)

Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə 
Kredit Nö.: 4394AZ

Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.

Xidmətlərin məqsədi: Milli Qiymətləndirmə Tədqiqatı-2014 çərçivəsində Azərbaycan Respublikasının seçilmiş məktəblərində 4-cü və 6-cı sinif şagirdləri arasında əsas məlumatların toplanması üçün sahə fəaliyyətinin idarəolunması və toplanmış məlumatların elektron bazaya daxil edilməsi

Xidmətlərin icra müddəti: mart-dekabr 2014-cü il

Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:

  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • əsas heyət haqqında məlumat;
  • nizamnamə.

Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:

  • Məsləhətçi təşkilat təhsil və/və ya sosial sahələrdə sorğuların keçirilməsində geniş təcrübəyə malik olmalıdır;
  • Məsləhətçi təşkilat yerlərdə aparılacaq işləri və texniki məlumatların bazaya daxil edilməsi prosedurlarını həyata keçirmək üçün təcrübəyə malik olmalıdır;
  • Məsləhətçi təşkilat zəruri ixtisaslı və təcrübəli əsas heyətə və digər resurslara malik olmalıdır;
  • Təhsil sahəsində təcrübəsi olan təşkilat üstün dəyərləndiriləcək.

 

Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.

Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunanMəsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.

Maraqların İfadəsi yazılı şəkildə 03 mart 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:

Layihənin Əlaqələndirmə Qrupu,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Yeganə Manafova
Əlaqə telefonları: (+99 412) 496-37-59/60; faks: (+99 412) 496-93-68.
Email: y.manafova@edu.gov.az

Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *