Proqramım məqsədi məktəb jurnalistikası üzrə təlimlərin və müsabiqənin keçirilməsi vasitəsilə məktəblilərin yaradıcılığa marağların artırılması, onlara vətənə, təbiətə məhəbbət və milli həmrəylik kimi hisləri və ideayaları aşılamaq idi.
Tədbirin ideaya müəllifləri və təşkilatçıları ictimaiyyətlə əlaqələr üzrə məsləhətçi — təlimçi, Şəbəkənin əlaqələndiricisi Elçin Sərdarov və 86 saylı məktəb müəllimi Elçin Orucev idilər.
Təhsil proqramı çərçivəsində məktəblilər xəbər, qəzet və foto, radio və TV jurnalistika, məktəb qəzetinin buraxılması, məktəb mətbuat mərkəzlərinin yaradılması və müasir ekoloji təşşəbbüslərlə tanış oldular, tədqimatlar etməyi öyrəndilər.
Təlimlərdə iştirak edən və proqram çərçivəsində keçirilən müsabiqəyə ən yaxşı essey, foto şəkil və rəsm yazan 86 saylı məktəbin şagirdlərinə sertifikatlar və yadigar hədiyyələr verildi. Keçirilmiş müsabiqəyə görə Essey üzrə 1-ci yerə 9-cu ç sinif şagirdi İslamova Təxminə, Foto şəkil üzrə 9 ç sinif şagirdi Hüseynov Əli, Rəsm üzrə 10-cu c sinif şagirdi Süleymanova Aytən, Essy üzrə İİ-ci yerə 8-ci b sinif şagirdi Məmmədova Nuriyə, Foto şəkil üzrə 8 -c sinif şagirdi Şeydayev Ramiz, Rəsm üzrə 9 ç sinif şagirdi Gurbanov Nicat, Essey üzrə 3 yerə 9 c sinif şagirdi Əliyeva Ayna, Foto şəkil üzrə 8 c sinif şagirdi Abbasov Abdulla, Rəsm üzrə 10 b sinif şagirdi Əliyev Mexti layiq görüldülər.
Sertifikatların verilməsi mərasimində Ümumdünya Azərbaycanlıların Milli həmrəylik gününə həsr edilmiş “Vətəni və Təbiəti qoruyaq” adlı təhsil proqramı haqqında Bakı şəhər, 86 saylı məktəbin direktoru Almaz Əzizova məlumat verdi. Tədbirdə həmçinin məktəb jurnalistikası təşəbbüsü haqqında, İctimaiyyətlə əlaqələr üzrə məsləhətçi, təlimçi Elçin Sərdarov, 86 saylı məktəbində vətənpərvərlik, diyarşunaslıq, ekoloji jurnalistika və digər təşəbbüslər haqqında, müəllim Elçin Orucev, ekoloji jurnalistika və biomüxtəlifliyin vacibliyi haqqında Ümumdünya Vəhşi Təbiəti Müvafizə təşkilatının ictimaiyyətlə əlaqələr üzrə meneceri Sevinc Saruxanova, təbiətlə bağlı məqalələri yazan gənc müəlliflərlə bağlı “Zerkalo” qəzetinin “Təbiət” bölməsinin buraxılış üzrə redaktoru Gülqız Süleymanova çıxışlar etmişdirlər.
Tədbirdə Xətai rayon İcra hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Jalə Abdiyeva və Bakı Şəhər üzrə Təhsil İdarəsinin, ümumi təhsil sektorunun məsləhətçisi Təranə Piriyeva məktəbliləri Ümumdünya Azərbaycanlıların Milli həmrəylik günü və tədbirin keçirilməsi münasibətilə təbrik etdilər.
“Yaşıl Qələm” Təhsil Şəbəkəsi
Mətbuat xidməti