E.Sərdarov. “Cənubi Qafqaz ölkələrində meşə ekosistemlərinin transformasiya yolu ilə iqlim dəyişmələrinə qarşı dözümlülüyünun artırılması” layihəsinin təqdimatları bu ilin noyabr ayında Ağsuda və Yevlaxda keçirildi.

“Cənubi Qafqaz ölkələrində meşə ekosistemlərinin transformasiya yolu ilə iqlim dəyişmələrinə qarşı dözümlülüyünun artırılması” layihəsinin təqdimatları bu ilin noyabr ayında Ağsuda və Yevlaxda keçirildi.


Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Canubi Qafqaz ölkələrində meşə ekosistemlərinin transformasiya yolu ilə dəyişmələrinə qarşı dözümlüyünün artırılması” layihəsinin ümümu məqsədi Cənubi Qafqazda meşə ekosistemlərinin iqlim dəyişmələrinin təsirlərinə qarşı dözümlüyünü artırmaq, biomüxtəlifliyi və yerli əhalinin yaşayışını zənginləşdirməkdir.

Layihə çərçivəsində kənd əhalisinin yaşayış tərzinə dəstək verən biomüxtəliflik və meşə ekosistemləri xidmətlərinə iqlim dəyişmələrinin yarada biləcəyi təhlükələri qabaqlamağı nəzərdə tutulur. Bu xidmətlərə torpaqların mühafizəsi, su təchizatı, meşə və qeyri oduncaq məhsullar daxildir.

Məqsədə nail olmağının səviyyəsini yoxlamaq üçün WWF Azərbaycan və layihənin digər təşəbbüskarları aşagıdakı indikatorlardan istifadə etmək niyyətindədirlər: 2015-ci ilə kimi müvafiq milli qurumlar meşələri və meşənin ekosistem xidmətlərini iqlim dəyişmələrinə qarşı dözümlü edən qanunvericiliklər qəbul edəcək və onları icra etməyə başlayacaqlar.

Layihə həmçinin süni salınmış monokultura əkinlərini iqlim dəyişmələrinə qarşı dözümlü olan “təbii hala yaxın” meşələrə transformasiya etməyi nəzərdə tutur.

Bu layihə çərçivəsində müxtəlif təbliğat və maarifləndirmə xarakterli işlər görülür, layihənin müxtəlif etapları ilə tanış olmaq və onları ictimailəşdirmək məqsədi ilə Layihənin işlədiyi ərazilərə jurnalistlər dəvət olunurlar.

Layihənin təqdimatı ilə bağlı bir qrup Bakı və bölgə jurnalistləri Ağsuda və Yevlaxda oldular, rəsmi tədbirdə iştirak etdilər və bölgələrin meşə ekosistemlərinin transformasiya yolu ilə iqlim dəyişmələrinə qarşı dözümlüyünün artırılması işinə pilot ərazilərdə monokultura ağacları əkməklə öz tövhələrini verdilər.

Təqdimatlarda çıxış edən WWF Azərbaycan direktoru Elşad Əsgərov layihənin məqsədləri və vəzifələri ilə tədbir iştirakçılarını tanış etdi. Onun sözlərinə görə Layihənin yekununda aşağıdakı nəticələr gözlənilir: “Cənubi Qafqazın bölgələrində iqlim dəyişmələrinə həssas olan seçilmiş süni meşə əkinləri “təbii hala yaxın” dözümlü meşələrə çevrilməsi; monokultura əkinlərini daha dözümlü meşələrə transformasiya etmək üçün silvikultura təlimat kitabları hazırlanması, milli dillərə tərcümə olunması və müvafiq mütəxəssislər və işçilərə təqdim olunması; yerli meşə administrasiyası ekspertlərinin monokultura əkinlərini daha dözümlü, stabil, əraziyə uyğun meşələrə transformasiya etmək bacarıqların artırılması, yerli icmaların iqlim dəyişmələrinin biotik və abiotik neqativ təsirləri baxımından meşələrin bərpasının vacibliyinə dair bilikləri və məlumatlılığı artırılması”.

Tədbirlər zamanı WWF Azərbaycan tərəfindən Meşələrin Bərpasına dair Təlimat kitabçası görüş iştirakçılarına təqdim edildi. Cənubi Qafqazda meşə landşaftlarının bərpasına həsr edilmiş kitabda deyilir ki, iqlim dəyişikliyi dayanıqsız istifadə səbəbindən meşələri, xüsusən meşə ekosistemlərinin artıq baş verməkdə olan deqradasiya kontekstində ciddi təhlükə altında qoyur. Digər tərəfdən, davamlı meşəçilik iqlim təsirinin azaldılmasına və xüsusən, iqlim dəyişikliyinə uyğunlaşmada əhəmiyyətli dərəcədə öz təsirini göstərə bilər. Kitabda Cənubi Qafqazda meşə landşaftları, Meşə bərpasının əhəmiyyəti, Meşə bərpasına dair konsepsiyalar, Meşə bərpası üzrə praktiki tövsiyələr və perspektiv baxışlar əks olunub.

Ümümdünya Təbiəti Mühafizə Fondunun Qafqaz Proqram Ofisinin Direktoru, cənab Giorqi Sanadiradzenin fikrincə, bu təlimat kitabçası əsasən meşəçilik sahəsində təcrübə keçənlərə yönəlmişdir. Kitabça həmçinin alimlər və rəhbərlər tərəfindən istifadə oluna bilər. Kitab müəllifləri ümüd edirlər ki bu sənəd əsaslı maraq və debatlar yaradacaq və nəticə etibarilə davamlı meşə idarəetməsinə və ümumillikdə inkişafa öz töhfəsini verəcəkdir.

Tədbirlər zamanı Aqsuda və Yevlaxda meşə təsərrüfatı idarələrinin, WWF-in əməkdaşlarının və jurnalistlərinin iştirakı ilə pilot ərazilərdə monokultura ağacları əkindi. Pilot ərazilərdə meşələrin və yeni salınmış ağacların ev və vəhşi heyvanlardan qorunması məqsədi ilə WWF-in dəstəyi bu ərazilər çəpərlənib.

Bu tədbirlər meşə ekosistemlərinin qorunması üçün çox vacibdir. Problemlərə gəlincə ekoloqlar və jurnalistləri narahat edən Yevlaxda su təminatı ilə olan problemdir. Pilot ərazilərin, yeni əkinlərin davamlı olaraq suvarmaya təlabatın ödəlilməsi və həmin ərazinin bir qisminin orada neft kəməri keçdiyinə görə çəpərlənməməsi həmin açıq, mühafizə olunmayan yerlərdən yeni əkilmiş ağaclara ev və vəhşi heyvanlar tərəfindən təhlükələr yarada bilər. Yevlax rayonundakı pilot ərazidə bu problemi aradan qaldırmaq, həm bura su borusu çəkdirmək, həm də ki çəpəri digər yerdən bağlamaq layihə iştirakçıları, meşə təsərrüfat əməkdaşları və digər məsul şəxslər üçün birgə təsəbbüs sürməyi tələb edir.

Ümumiyyətlə hər iki ərazidə tədbirlər zamanı jurnalistlərə WWF Azərbaycan üzrə direktoru Elşad Əsgərov, WWF Qafqqaz ofisindən regional layihə rəhbəri Malxaz Dzneladze, WWF Almaniya ofisinin nümayəndəsi Matias Lixtenberq Layihənin Qafqaz bölgəsi üçün vacibliyindən, bu sahədə Gürcüstan və Almaniya təcrübəsindən, ölkəmizdə WWF-in gördüyü işlərə Ekologiya və Təbii Sərvətlər nazirliyinin dəstəyi və qayğısı haqqında maraqlı məlumatlar vermişdirlər.

Ümid edirik ki, 150 hektarda (75 Aqsuda, 75- Yevlaxda) seçilmiş təcrübə əraziləri və orada tədbiq olunan düzgün işin təşkili digər bölgələrdə də tədbiq ediləcək, və monokultura meşələri tədricən təbii forma alacaqlar!

P.S. Yevlaxda, pilot ərazidə ağac əkərək bunu biz — jurnalistlər həm də ki doğma insanlar üçün darıxmış Qarabağ torpağına öz tövhəmizi verdiyimiz olduq. Arzu edərdim ki bu cür meşəsalma işləri bütün azad edəcəyimiz torpağlarda edilsin! Amin!

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *