Archive for the ‘TƏHSİLDƏ YENİLİK’ Category

Rusiyalı tələbələri BSU-nun yay məktəbində praktiki Azərbaycan dilini öyrənəcəklər

Elçin Sərdarov

Rusiya Dövlət Humanitar Universiteti (RDHU) və Bakı Slavyan Universiteti (BSU) arasında tədris və elm sahəsində qurulan əməkdaşlığı çərçivəsində RDHU-nun Beynəlxalq münasibətlər və xarici regionşünaslıq fakültəsinin bir qrup tələbəsi Bakı Slavyan Universitetinin  yay məktəbində staj keçmək üçün Bakıya gəlib. Yay məktəbin Azərbaycanda «Multikulturalizm ili» əfərəsində keçirilməsi təlim proqramının və tədbirlərin daha maraqlı təşkil olunmasına öz müsbət təsirini göstərdi.

İyunun 11-dən 25-ə qədər keçiləcək yay məktəbi üçün nəzərdə tutulmuş proqrama əsasən rusiyalı tələbələrə praktik Azərbaycan dili dərsləri ilə yanaşı BSU-nun aparıcı professor və dosentləri tərəfindən “Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə”, “Müasir Azərbaycan ədəbiyyatı”, “Azərbaycan beynəlxalq münasibətlər sistemində”. “Azərbaycanda dini tolerantlıq”, “Azərbaycanın ictimai fikir tarixi”, “Azərbaycan multikulturalizmi”, “Azərbaycan mədəniyyəti” mövzularında mühazirələr oxunacaq.

Read more »

«Multikulturalizm ili» və Uşaqlar günü çərçivəsində “Uşaqların sağlamlığını və sülhü qoruyaq “ adlı tədbir Hemofiliya xəstələri Assosiasiyasının təşkilatçılığı ilə keçirildi

Elçin Sərdarov

Uşaqların Beynəlxalq müdafiəsi Günü (İnternational children`s Day) – 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı «Qadınların Beynəlxalq Konfransı»nda verilmişdir. Bügün bu tarixi gün əksər dövlətlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. BMT-nin fəaliyyətinin ən mühüm nəticələrindən biri təkcə uşaqlara xüsusi qayğı göstərilməsinin və onların müdafiəsinin zəruriliyinin deyil, həmçinin uşaqların hüquqların müstəqil subyektləri olmasının etiraf edilməsindən ibarətdir. Beynəlxalq hüququn bu əsas prinsipi uşaq hüquqları haqqında Konvensiyada əksini tapmışdır.

Azərbaycanda uşaqlarla bağlı proqramlar, sənədlər qəbul olunub, hüquqi normativ aktlar təkmilləşdirilib. Ölkədə uşaqların hüquqlarının müdafiəsi sahəsində dövlət təşkilatları və vətəndaş birlikləri tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

Uşaqların Beynəlxalq müdafiəsi gününü və 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” münasibətilə yerli qeyri hökümət təşkilatı — Hemofiliya xəstələri Assosiasiyası uşaqlarla birgə keçirmişdir.  Azərbaycan himni ilə başlayan tədbirdə hemofiliya, leykemiya və leykemiyadan sağalmış uşaqlar Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, Yaponiya, Gürcüstan, Fransa, Hindistan, Ukrayna, Böyük Britaniya ölkələrinin milli paltarlarında müxtəlif dillərdə çıxışlar etdilər, həmrəylik və sülhə aid şerlərini, göyərçin şerini, göyərçin mahnısını ifa etdilər. Tədbir uşaqların özlərinin aparıcılığı və maraqlı çıxışlarla yadda qaldı. Gənc aparıcılar — Tofiq Quliyev, Elvin Qarayev, Aytən Alməmmədova, çıxışçılar — ən kiçik və orta yaşlı uşaqlar və məktəblilər — Əsmər Əlizadə,  Harun Musayev, Mələk Ələkbərova, Fidan Hüseynzadə, Murad Hüseynzadə, Natavan Əliyeva, Sübhan Kərimli, Ülvi Əliev, Xədicə Əkbərova, Şəms Əkbərova, Nihat Hüseynov, Qədir Hüseynov, Camal Axundov, Xədicə Qasımzadə, Mehriban Əliyeva, Nəslihan Əliyeva, Nəzrin Həmdiyeva, Əli Abdullayev, Həzi Əkbərov, Lalə Qasımzadə, Emin Ağamalızadə, Anar Qasımov, Əli Əliyev, Şəfiqə Mustafayeva, Fatimə Abbasova və Raul Məsimli Hemofiliya xəstələri Assosiasiyasının sədri Gülnarə Qurbanova tərəfindən diplomlarla qiymətləndirildilər.

“Uşaqlar bu bayrama çox həvəslə və ürəklə hazırlaşırdırlar. Bu tədbirlə hemofiliya xəstələri uşaqlarını və onların ailələrini sevindirib, uşaqların, bütün uşaqlar kimi  çox istedadlı olduqlarını bir daha göstərdik. Bu işdə bizə dəstək olan hər bir kəsə təşəkkür edirəm” – Gülnarə Hüseynova  dedi.

Təhsil nazirliyinin Layihəsi çərçivəsində «Tərəqqi» Humanitar -texniki liseyində multikulturalizm və tolerantlıqla bağlı təlim keçirildi

Elnarə Fərhadova

GreenPen.az

Təhsil Nazirliyinin “Multikulturalizm ili” çərçivəsində Bakının pilot məktəblərində həyata keçirdiyi “Biz hamımız insanıq və hamımız eyniyik” adlı layihəsi üzrə interaktiv təlimlər Bakı şəhəri «Tərəqqi» Humanitar-texniki liseyində keçirildi. Tədbirdə «Tərəqqi» Humanitar -texniki liseyinin direktoru Məhbubə Məmmədova, Liseyin direktor müavini Sədaqət Nağıyeva, Təhsil Nazirliyinin “Biz  hamımız insanıq və hamımız eyniyik” layihəsinin rəhbəri, ictimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə Koordinatoru Elçin Sərdarov,  “Böyük ipək yolu” beynəlxalq gənclər təşkilatının beynəlxalq şöbəsinin məsul əməkdaşı Nuriyyə Quliyeva təlimin konsepsiyası və vacibliyi haqqında məktəbliləri məlumatlandırıblar.

Təlimlərin əsas məqsədi Azərbaycanda tolerantlıq və multikulturalizmlə bağlı məktəblilərə məlumat vermək, etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların sülh şəraitində yaşamalarının vacibliyini göstərməkdir. Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Read more »

“Multikulturalizm ili” çərçivəsində 23 nömrəli məktəbin şagirdləri ingilis dilində keçirilmiş təlimlərdə təqdimat bacarıqlarını nümayiş etdirdilər.

Elnarə Fərhadova

GreenPen.az

Təhsil Nazirliyinin “Multikulturalizm ili” çərçivəsində Bakının pilot məktəblərində həyata keçirdiyi «Biz hamımız insanıq və hamımız eyniyik» adlı layihəsi üzrə interaktiv təlimlər Bakı şəhəri 23 nömrəli məktəbdə keçirildi. Tədbirdə Təhsil Nazirliyinin, Yaşlıların Təhsili Assosiasiyasının, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyinin, “Yaşıl qələm” Müəllimlərin və Jurnalistlərin Təhsil Şəbəkəsinin, Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin nümayəndələri iştirak ediblər. 

Təlimlərin əsas məqsədi Azərbaycanda tolerantlıq və multikulturalizmlə bağlı məktəblilərə məlumat vermək, etnik, dini, irqi, mədəni mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların sülh şəraitində yaşamalarının vacibliyini göstərməkdir. Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qeyd olunub ki, xalqımız əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrini qoruyub saxlayıb, ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunə olub.

Read more »

Bakı Slavyan Universitetində “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirildi

Elçin Sərdarov

İctimaiyyətlə əlaqələrin institusional inkişafı üzrə Koordinatoru,

Azərbaycan Jurnalistlər Birliyinin üzvi

3-5 may tarixlərdə Təhsil Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirildi.

Elmi konfransın təşkilat qrupu tədbirə göndərilmiş 330 yerli və xarici alimin məqalələri ilə tanış olublar. Tədbir çərçivəsində plenar və bölmə iclasları keçirilmişdir. Konfrans zamanı “Heydər Əliyev irsi və Azərbaycan multikulturalizm   modeli”, “Müasir Azərbaycanda multikultural cəmiyyət”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı” bölmələrində maraqlı və aktual elmi müzakirələr aparılmışdır. Qeyd edək ki, konfransın işinə yeni daxil edilən “Müasir Azərbaycan Ulu öndər Heydər Əliyev ideyaları işığında” bölmədə respublikanın müxtəlif universitetlərini təmsil edən tələbələr, Bakı, Sumqayıt, Abşeron rayon məktəb və liseylərinin, o cümlədən qaçqın məktəblərindən olan şagirdləri iştirak etmişdirlər. Çıxışçıların tezisləri kitab şəklində çap olunub iştirakçılara paylanmışdır.

Konfrans Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin, Milli Elmlər Akademiyasının Prezidenti A.M.Əlizadənin, Moldova parlamentinin ombusmanı A.A.Qreqoriunun, ABŞ-ın Kaliforniya ştatının Pravoslav kissəsinin parteri X.K.Mendesin, azərbaycan rus icmasının sədri M.Y.Zabelinin, dağ yağudilərin icmasının sədri M.Yevdayevin, Ural Federal Universitetinin professoru A.Q.Nesterovun, Rusiya Xalq təsərrüfatı və dövlət qulluğu Akademiyasının dosenti, fəlsəfə elmlər doktoru R.Danakarinin, Rusiya Azərbaycan Dostluq Mərkəzinin Direktoru Natalya R.Krasovskayanın, Ural Federal Universitetinin dosenti Yuliya R. İvanovanın və digərlərin maraqlı çıxışları ilə yadda qaldı.

Konfransda 10 ölkədən — Rusiyadan, Polşadan, Bolqarıstandan, Türkiyədən, Gürcüstandan, İtaliyadan, ABŞ-dan, Qazaxıstandan, Moldovadan, İsveçdən, Polşadan və digər ölkələrdən 21  nümayədə iştirak etmişdir.

Read more »

Qərb Universitetində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş «Heydər Əliyev və müstəqil Azərbaycanın uğurları» adlı Respublika elmi konfransı keçirildi

07 may 2016-cı il tarixdə Qərb Universitetində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və Fəlsəfə və Hüquq İnstitutu ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş «Heydər Əliyev və müstəqil Azərbaycanın uğurları» adlı Respublika elmi konfransı keçirildi.  Qərb Universitetdən GreenPen.az Təhsil Resursuna verilən məlumata görə konfransda Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətindəki uğurlar, Azərbaycan Respublikasının dünya siyasətindəki rolu və yeri, bütün sahələrdə, o cümlədən elm, təhsil, iqtisadiyyat, mədəniyyət və s. həyata keçirilən məqsədyönlü siyasətdəki müvəffəqiyyətlər və digər mövzular müzakirə edildi.

Read more »

Azərbaycan xalqının tanınmış alimi akademik Zərifə Əliyevanın 93 illik yubileyinə həsr olunmuş xeyriyyə tədbiri

E.Sərdarov

Akademik Zərifə Əliyeva adına lisey şagirdləri görkəmli alimin yubileyi üçün İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” əsəri əsasında səhnələşdirilmiş “Qərənfil” adlı xeyriyyə tamaşasını hazırladılar

Akademik Zərifə Əliyeva adına lisey Azərbaycan xalqının görkəmli alimi, ictimai xadimi, qayğıkeş ana, nəcib insan Zərifə Əliyevanın 85 illik yubileyi ərəfəsində Heydər Əliyev Fondunun dəstəyi ilə açılmışdır. «Zərifə xanımın parlaq ömür yolu liseyin hər bir üzvü üçün həyat məktəbidir.  Hər il Zərifə Əliyevanın yubileyi ilə bağlı keçirilən xeyriyyə tədbirlərində liseyin şagirdləri onun əməllərinin davamçıları kimi çıxış edirlər. Bu il şagirdlərin təşəbbüsü ilə Zərifə Əliyevanın 93 illik yubileyi münasibətilə İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” əsəri əsasında səhnələşdirilmiş “Qərənfil” adlı xeyriyyə tamaşası Akademik Dövlət Opera və Balet Teatrında 28.04.2016-cı il, saat 18:00-da keçiriləcəkdir»- bu haqda Akademik Zərifə Əliyeva adına Liseyin təlim tərbiyə işləri üzrə direktor müavini Leyla Fatiyeva məlumat verdi.

Bu tədbirə Akademik Zərifə Əliyeva adına Liseyin direktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi Mehriban Vəliyeva başda olmaqla, Liseyin İKT üzrə direktor müavini, Azərbaycan Respublikasının Əməkdar müəllimi Aygün Əzizova və Liseyin müəllim-şagird heyyəti böyük zövqlə və ürəklə hazırlaşıblar.

Liseyin hazırladığı tamaşada liseyin şagirdləri, teatr və rəqs dərnəklərinin rəhbərləri iştirak edirlər. Şagirdlər tamaşadan əldə olunan maliyyə ilə hər iki gözündə anadangəlmə kataraktadan əziyyət çəkən 7 yaşlı Zəhra Alxasovanın göz əməliyyatını həyata keçirməyə dəstək olacaqlar. Bu addım Zərifə Əliyevanın işıqlı xatirəsinə ən böyük töhfədir.

ADU-da “Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda dəyirmi masa keçirildi

E.Sərdarov

“Azərbaycanın xaricidilli KİV-i beynəlxalq müstəvidə” mövzusunda dəyirmi masa  universitetin İctimaiyyətlə əlaqələr Departamentinin və Fransızdilli “Yol qovşağı” (Le Carrefour) qəzetinin birgə təşkilatçılığı ilə 19 aprel 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU)   keçirildi. Tədbirdə Milli Məclisin deputatları, dövlət orqanlarının nümayəndələri, ölkənin aparıcı KİV rəhbərləri və nümayəndələri, tanınmış media mütəxəssisləri, dövlət orqanlarının və ali təhsil müəssisələrinin İctimaiyyətlə əlaqələr və Mətbuat Xidmətlərinin rəhbərləri, ADU-nun professor-müəllim heyəti və tələbələri iştirak edirdilər.

Öncə çıxış edən ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin müdiri Şəfaqət Kazımova qonaqları salamlayaraq ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin yarandığı gündən mütəmadi olaraq Azərbaycanın xaricidilli KİV-inin problemləri, perspektivləri, durumu barədə Mətbuat Şurası ilə birgə əməkdaşlığı çərçivəsində tədbirlər təşkil etdiyini bildirdi, ənənəyə sadiq qalaraq bugünkü dəyirmi masanın da bu qəbildən olduğunu qeyd etdi və dəyirmi masanın Departamentlə Fransızdilli “Yol qovşağı” (Le Carrefour) qəzetinin birgə təşkilatçılığı ilə baş tutduğunu bildirdi.

Tədbirdə çıxış edən  ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov ADU-da görməkdən şad olduğunu söyləyərək, belə bir tədbirin Dillər Universitetində təşkil edilməsini sevindirici hal kimi qiymətləndirdi. O, universitetin həmişə KİV nümayəndələrinin, media mənsublarının üzünə açıq olduğunu deyərək, qış imtahan sessiyası zamanı təhsil müəssisəsinin ayrı-ayrı fakültələrində iki dəfə böyük mediatur keçirildiyini xatırlatdı.Hazırda universitetdə 22 xarici dilin tədris olunduğunu söyləyən professor, 2012-2013-cü tədris ilindən ADU-da fəaliyyətə başlayan Filologiya və jurnalistika fakültəsinin nəzdində ayrıca bir jurnalistika bölməsinin də olduğunu diqqətə çatdırdı. Azərbaycan həqiqətlərinin dünyaya aşılanmasında medianın daha geniş imkanlara malik olduğunu bildirən D.Yunusov bu imkanları həyata keçirərkən dil bilgisi ilə yanaşı onun üslubu, necə təqdim edilməsi də əsas məsələlərdəndir-deyə vurğuladı. Çıxışının sonunda Dünyamin Yunusov dəyirmi masada iştirak edən hər kəsə təşəkkür etdi, onların hər birinə möhkəm can sağlığı, işlərində uğurlar arzuladı.

Sonra çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin əhəmiyyətindən danışaraq onu yüksək qiymətləndirdi. O, təqribən 5-6 il öncə də ADU-da oxşar tədbirin keçirildiyini xatırladaraq belə təşəbbüslərin Azərbaycan jurnalistikası və cəmiyyəti üçün son dərəcə əhəmiyyətli olduğunu bildirdi. Azərbaycan mətbuatının tarixindən bəhs edən deputat ilk milli mətbuatımızın yaranmasının “Əkinçi” qəzetinin adı ilə bağlı olduğunu qeyd etdi. O, Azərbaycan mətbuatının çoxdilli olmasını, XX əsrin əvvəllərində rus, gürcü, fars və sair dillərdə qəzetlərimizin işıq üzü gördüyünü söylədi. Azərbaycanda fəaliyyət göstərən aparıcı informasiya agentliklərinin beşdən çox dildə məlumat yayımladığını deyən Əflatun Amaşov eyni zamanda ölkəmizdə xaricidilli mətbu orqanların da nəşr olunduğunu bildirdi.

Read more »

“Azərbaycan multikulturalizmi” fənni üzrə monitorinqlərə start verildi

Э.Сардаров

Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan multikulturalizmi kafedrası, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənləri üzrə monitorinqlərə start verilib.

Bakı Slavyan Universitetinin mətbuat xidmətindən alınan məlumata görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) Nəqliyyat fakültəsində təhsil alan tələbələr arasında keçirilən ilk monitorinqi AMİU-nun İctimai fənlər kafedrasının dosenti Zəminə Əsgərova aparıb. BSU-nun Azərbaycan multikulturalizmi kafedrasının müdiri Ülviyyə Abbasova və Bakı Beynəlxalq Multikulturalizmi Mərkəzinin nümayəndəsi Aytən Məmmədova tələbələr arasında anonim sorğu keçiriblər.

Monitorinq zamanı tələbələrə “Dini müxtəliflik və multikulturalizm”  mövzusunda mühazirə oxunub.

Qərb Universiteti tələbələri «Beynəlxalq abidələr və tarixi yerlər» gününü qeyd etdi!

1983-cü ildən 18 aprel tarixi «Beynəlxalq abidələr və tarixi yerlər” günü kimi qeyd olunur. YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının qərarı əsasında qeyd olunan bu günün başlıca məqsədi dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.

Beynəlxalq abidələr və tarixi yerlər günü ilə əlaqədar olaraq 18 aprel 2016-cı il tarixində «Zəncirli mülk” binasının sərgi zalında Qərb Universiteti və «İçəri Şəhər” tarixi muzeyinin dəstəyi ilə Qərb Universitetinin «Dizayn” fakültəsinin tələbələrinin yaradıcılıq işlərindən ibarət «Tarixdə qalan fotolar” adlı fotosərgisinin açılışı oldu.

Qərb Universitetindən GreenPen.az-a verilən məlumata görə tədbirdə Qərb Universitetinin müəllim və tələbə heyəti, «İçəri Şəhər” qoruq idarəsinin əməkdaşları, həmçinin 132-134 saylı təhsil kompleksinin müəllim və şagirdləri iştirak etdi. Tədbirin açılışını «İçəri Şəhər” tarixi muzeyinin direktor müavini Gülnar Əliyeva etdi. Tədbirdə həmçinin Azərbaycan Memarlar İttifaqının üzvü, Qərb Universitetinin «Dizayn” kafedrasının müdiri, Pərvanə Əliyevaya, İçərişəhər Ağsaqqallar Şurasının üzvü məşhur keramika ustası, baş rəssam Mirteymur Məmmədov da çıxış etdilər.

GreenPen.az