Archive for the ‘TƏHSİLDƏ YENİLİK’ Category

Qərb Universiteti və Paris Sorbon Universiteti (Əbu Dabi) birgə həyata keçirdikləri Fransız dili Təməl proqramının təqdimatını keçirdilər

Elçin Sərdarov

İctimaiyyətlə əlaqələr sahəsində institusional inkişaf üzrə koordinator

Təhsil Sektorun İnkişafı layihəsi  

 

Bu günlərdə Qərb Universitetində bu təhsil ocağın Paris Sorbon Universiteti (Əbu Dabi) (PSUAD) ilə imzaladığı anlaşmaya əsasən həyata keçirəcəyi  Fransız dili təməl proqramının təqdimatı keçirilmişdir.  “Biz fəxr ilə qeyd etmək istəyirik ki, tərəfdaş universitetlər siyahısında yeni bir universitet, dünyanın qabaqcıl universiteti olan Paris Sorbona Universiteti də daxil oldu və birgə fəaliyyətimiz nəticəsində uşaqlarımız doğma evindən uzaq düşmədən dünyanın qabaqcıl universitetinin tələbə adını qazana biləcəklər” — bu haqda Fransız dili təməl proqramın acılışı ilə bağlı təqdimatda Qərb Universitetinin rektoru Zemfira Məmmədova dedi.

Tədbirdə Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Kərim Mikayılov, Paris Sorbon Universiteti (Əbu Dabi)-nin təmsilçiləri, Bakıda Fransa səfirliyinin Mədəniyyət işləri üzrə müşaviri Yoxan Şitere, səfirliyinin universitetlər arası əlaqələr missiyasının rəhbəri  Batis Menye,  Sorbon Universitetin eksperti Floran Pratlon,  Bakı şəhər orta məktəblərinin direktorları iştirak etmişdirlər. Tədbir  zamanı Fransalı qonaqlar və təlimçilər Azərbaycanla təhsil sahəsində inkişaf edən əməkdaşlıq haqqında, Fransız ali təhsilinin və peşə hazırlığının xaricdə dəyərləndirilməsi və təşviqi, xarici tələbələrin və tədqiqatçıların Fransada qəbulunun təşkili,  tələbə və tədqiqatçıların təqaüd, staj və digər beynəlxalq mobillik proqramlarının idarə olunması haqqında məlumat verdilər. Həmçinin, təqdimat iştirakçılarına Fransız İnstitutu, Liseyi, Fransada təhsil almaqla bağlı qaydalar haqqında məlumat verildi.

Read more »

Məktəblilərin öz biliklərini sınamaq üçün əla fürsət: Respublika fənn olimpiadalarının birinci mərhələsi

Yanvarın 17-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçiriləcək. GreenPen.az-da Təhsil Nazirliyindən verildiyi məlumata görə bu bilik yarışında 27500-dən çox şagirdin iştirak edəcək, məktəblilər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, Azərbaycan dili və ədəbiyyat və coğrafiya fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilir. Şagirdlərə təqdim olunacaq tapşırıqlar fənn kurikulumuna uyğun olaraq, qapalı test formatında hazırlanıb. 30-40 sualdan ibarət olan imtahanda şagirdlərə cavablandırma üçün maksimum 3 saat vaxt verilir. Rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 27-dək Respublika təşkilat komitəsi tərəfindən elan ediləcəkdir.

Read more »

Məzunların öz oxuduğu məktəblərin inkişafında fəal iştirakı üçün maarifləndirmə gücləndirilməlidir

Elçin Sərdarov

Azərbaycan Jurnalistlər Birliyinin üzvi

Ölkəmizdə məzunlarla işin təşkili ilə bağlı məlumat almaq və bu sahədə vəziyyəti öyrənmək məqsədilə Təhsil Nazirliyinin Təhsilin İnkişaf proqramları şöbəsinin mütəxəssisi İlahə Rəsulova ilə maraqlı söhbət etdik…

Həm məzunlara, həm məktəbə xeyri var…

Ümumi təhsil müəssisələrinin şagird və məzunların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələlərdəndir.Təhsil strategiyasının uğurla həyata keçirilməsində və təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir.Məzunların məktəblə əlaqələrin inkişafı, tələbə-məzun, təhlil, proqnozlaşdırma və məzun-koordinasiya- informasiya sistemlərinin yaradılması kimi vacib məsələlər Təhsil Strategiyasında öz əksini tapmışdır.

– Ilahə xanım, məktəb icmaların inkişafı nə dərəcədə bizim cəmiyyət üçün vacibdir və burda məzunlarla işə hansı rol ayrılır?

– Tədrisin keyfiyyətinə bir sıra amillər təsir edir. Onlardan da biri və ən vacibi məktəb icmasıdır. Məktəb icmasının – müəllim, valideyn və şagird  əməkdaşlığının məktəb mühitinin formalaşmasında və şagirdlərin təlim-tərbiyəsində rolu əvəzsizdir. Xüsusilə də, bu üçlüyün birgə fəaliyyəti məktəbdənkənar sosial layihələrin icrasında çox effektivdir. Düşünürük ki, məktəb mühitinin formalaşamasında məktəb məzunları ilə əməkdaşlıq etmək çox vacibdir. Bu,  bir tərəfdən məzunlarla məktəb arasındakı əlaqələrin möhkəmlənməsinə və gələcəkdə məzun şəbəkəsinin məktəblə əməkdaşlığına kömək edəcək, digər tərəfdən isə məktəbdən kənar sosial layihələrin həyata keçirilməsinin davamlılığını təmin edəcək.

Read more »

Bakı Slavyan Universitetində keçirilən «Bir günlük Xəlifə» özünüidarəetmə günü təhsil müəssisəsində şəffaflığın artırılmasına və tələbələrin peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayır

 Elçin Sərdarov

Azərbaycan Jurnalistlər Birliyinin üzvi

 

Bu günlərdə Bakı Slavyan Universitetində (BSU) “Bir günlük Xəlifə” özünüidarəetmə günü keçirilib.  Tələbələrin «xəlifəlik» etdikləri bir gün ərzində BSU-da həmişəki iş rejimi gözlənilib və rəhbər vəzifələri icra edən 32 tələbə gün ərzində vəzifələrini məharətlə yerinə yetirməyə çalışıblar. BSU nəzdində Məktəb-lisey kompleksində Şagird Parlamenti üzvləri direktor və direktor müavinləri vəzifələrini icra edib, bir sıra maraqlı tədbirlər keçirilib.

Bakı  Slavyan Universitetinin mətbuat katibi  Adil  Aliyevin verdiyi məlumata görə, Universitet yarandığı gündən bir çox maraqlı layihələr həyata keçirir. Bunlardan biri də «Bir günlük Xəlifə» özünüidarəetmə günüdür. Bu layihə Azərbaycanın ali təhsil ocaqları arasında yeganə olaraq BSU-da 2002-ci ildən etibarən hər ilin 13 dekabr tarixində həyata keçirilir və tələbələrdə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayır. Məhz həmin gün universitetin rektor, prorektor, dekan və s. rəhbər vəzifələrdə tələbələr tərəfindən səsvermə yolu ilə seçilmiş xəlifələr fəaliyyət göstərir. Həmin xəlifələr universitetdə bir gün ərzində tədris prosesi, inzibati və s. işlərlə bağlı qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə bilərlər. Xəlifələrin qəbul etdiyi qərarlar tam olaraq hüquqi qüvvəyə malik olur. Onu da qeyd edək ki, xəlifələr 13 dekabrdan sonra «Kölgə kabineti» tərkibində bir il müddətində seçildikləri rəhbər vəzifələrini davam etdirirlər.

Read more »