Archive for the ‘TƏHSİLDƏ YENİLİK’ Category

Qusar rayonunun Həsənqala və Bədirqala məktəblərində peşə yönümü ilə bağlı valideynlərlə görüş keçirildi

Rühanə Əlimərdanova, Nərqiz Muradxanova

Oktyabr ayının 21-də Qusar rayonun  Həsənqala kənd orta məktəbində Təhsil Nazirliyinin həyata keçirdiyi » Təhsildə inkişaf və innovasiyalar» üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan «Qusar rayonu Balaqusar bələdiyyəsi» ərazisində yerləşən 4 orta təhsil məktəbində peşəyönümlü işinin inkişaf etdirilməsinə dair pilot layihəsilə tanışlıq məqsədi ilə Həsənqala və Bədirqala məktəblərində valideynlərlə görüş keçirildi.

Read more »

Məktəblilər arasında “Şanlı bayrağım” adlı fotomüsabiqə

Məktəblilər arasında “Şanlı bayrağım” adlı fotomüsabiqəyə start verilib. Bu haqda GreenPen.az-a Təhsil Nazirliyində məlumat veriblər. Müsabiqə paytaxt üzrə «Məktəblinin dostu» layihəsinin həyata keçirildiyi 31 ümumi təhsil məktəbini əhatə edir.   Müsabiqə «Məktəblinin dostu» layihəsi tərəfindən “ASAN xidmət”lə birgə təşkil olunub.

Read more »

İT “Step” Akademy təhsil müəssisəsinə məktəblilərin infoturları davam edir

Bakı şəhəri Xəyati rayon Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin müəllim-rəhbər heyəti və şagirdləri İT  ”Step” Academy-nin qonaqları oldular

Bakı şəhəri Xətai rayonun Xəyati rayon Mübariz Nəcəfov adına 86 nömrəli məktəbinin şagirdləri Təhsil Nazirliyinin və “Yaşlıların təhsili” Assosiasiyasının, “Yaşıl qələm” təhsil şəbəkəsi ilə birgə həyata keçirdiyi  “Step İT Academy Azerbaijan” təhsil müəssisəsinə infoturlar və ixtisas seçimi ilə bağlı informasiya sessiyaları” layihəsinin iştirakçıları oldurlar.

Read more »

Qusar rayonunun Həsənqələ məktəbində peşə yönümü ilə bağlı tədbir keçirildi

Oktyabr ayının 14-də Qusar rayonu Həsənqala kənd tam orta məktəbində Təhsil Nazirliyinin həyata keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar” üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində

qalib olan “Qusar rayonu Balaqusar bələdiyyəsi ərazisində yerləşən 4 orta təhsil məktəbində peşəyönümü işinin inkişaf etdirilməsi”nə dair pilot layihəsi ilə tanışlıq məqsədilə Layihə heyətinin Həsənqala, Balaqusar,  Bədirqala və Köhnə Xudat Qazmalar kənd orta məktəblərinin rəhbər heyəti və müəllimləri ilə görüşü keçirilib.

Read more »

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin peşə seçimi və karyerada uğurların qazanılması istiqamətində maarifləndirici seminarlar davam edir

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi (MİDİB) Azərbaycanda memarlıq, inşaat və dizayn sahələrinin inkişaf etdirilməsi və müasir dünya standartları səviyyəsinə çatdırması işinə kömək etmək məqsədi ilə 02 may 2001-ci il tarixində təsis edilmiş, 30 iyul 2003-cü ildə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Təşkilat 2003-cü ildən başlayaraq bu günə kimi müxtəlif təyinatlı layihələr hazırlamış və onları uğurla icra etmişdir.

Read more »

Təhsil Nazirliyi ilə tərəfdaşlıqda vətəndaş cəmiyyəti təşkilatları “Peşə yönümü həftəsi” keçirir

“Vətəndaş cəmiyyəti və peşə yönümü”sosial qrupunun yaradıcıları — “Yaşlılar üçün Təhsil” Assosiasiyasının, “Yaşıl qələm” Müəllimlərin və Jurnalistlərin Təhsil Şəbəkəsinin və “Təlim və İnkişaf” Mərkəzinin təşəbbüskarlığı və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə “Peşə yönümü həftəsi” keçirir.

Read more »

“Beynəlxalq Müəllimlər günündə” – Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbinin şagirdləri müəllim ömrünün bir gününü yaşadılar

“Beynəlxalq Müəllimlər Günündə” Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbində məktəblilərin iştirakı ilə maraqlı bir layihə həyata keçirildi. Belə ki, müəllimlər üçün əlamətdar bir gündə şagirdlər sinif müəllimlərin dərs cədvəlinə uyğun olaraq fənnləri dərs deyən müəllimləri əvəz etdilər.

Read more »

“Education 2017” sərgisi “İnsan kapitalı sərvətimizdir” devizi altında keçiriləcək

6-8 oktyabr 2017-ci il tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisi keçiriləcək. Sərgi “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil olunub. Bu haqda GreenPen.az-a Təhsil Nazirliyində məlumat veriblər.

Read more »

“Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi elan olunub

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etmək, gənc alimlərdə ana dilinə sevgi və hörmət hissini artırmaq, yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsini təşviq etmək məqsədilə “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsi elan olunur. Bu haqda science.gov.az-dan məlumat alındı.

Read more »

“Müasir dövrdə effektiv idarəetmənin problemləri” elmi konfrans keçiriləcək

Azərbaycan Turizm və Menecment Universiteti 27-28 oktyabr 2017-ci il tarixlərində “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda 3-cü respublika elmi konfransı keçirəcək. Bu haqda GreenPen.az -a ATMU-da məlumat verdilər.

Read more »